BMT-nin (FAO)-dan olan hesabatı Azərbaycanda ərzaq dəyər zəncirlərinin inkişafını dəstəkləyir -

BMT-nin (FAO)-dan olan hesabatı Azərbaycanda ərzaq dəyər zəncirlərinin inkişafını dəstəkləyir

Fermerlər arasında əməkdaşlığın gücləndirilməsi bazarda mövqelərin daha da yaxşılaşdırılmasına, daha çox iş yerlərinin yaradılmasına və ümumi məhsuldarlığın artmasına şərait yarada bilər

 

27 Avqust 2018-ci il, Bakı, Azərbaycan - Sovet İttifaqı təxminən 30 il əvvəl dağılsa da, onun təsirləri Avropa və Mərkəzi Asiyada ərzaq dəyər zəncirlərini pozan dağınıq təsərrüfat strukturları və bazara çıxış yollarında hələ də özünü büruzə verməkdədir.

 

FAO-nun bir sıra nəşrləri dayanıqlı və sosial cəhətdən əhatəli bir sistem formalaşdırmaqla bu məsələdə irəliləyiş əldə etməyə həsr olunmuşdur. FAO bölgədəki mövcud təcrübələri ayrı-ayrı ölkələr əsasında ümumiləşdirməklə onları milyonlarla yoxsul ailə təsərrüfatlarını yoxsulluqdan xilas etmək yollarının təklif oluna biləcəyi Dayanıqlı Ərzaq Dəyər Zənciri (Sustainable Food Value Chain) yanaşmasına yönəldir.

Azərbaycana həsr olunan nəşrin müəllifləri, FAO-nun iqtisadçıları Con O'Konnell və Zoltan Hradszky ölkədə kənd təsərrüfatı məhsullarının dəyər zəncirlərinin inkişafını şərtləndirən əlverişli biznes mühitinin qiymətləndirilməsi məqsədilə “dəyər zəncirindəki boşluqların təhlili” metodundan istifadə edərək əkinçilik və heyvandarlıq sektorlarında dəyər zəncirinin boşluqlarını müəyyən etmişlər.

Organik bal dəyər zəncirindən nümunə təhlili kimi istifadə edərək, müəlliflər normativ bazanı, dövlət dəstəyi tədbirlərini və donorlar vasitəsilə maliyyələşdirilən fəaliyyətlər kimi məsələləri təhlil etməklə Azərbaycanda əkinçilik və heyvandarlıq sektorlarını araşdırmışlar.

Azərbaycan ərazisinin 55 faizi kənd təsərrüfatı məqsədləri üçün istifadə edilir və əhalinin təxminən 40 faizi kənd təsərrüfatı sektorunda işlədiyindən bu sektor insanların işlə təmin olunmasında ən böyük paya sahibdir.

Nəşrdə qeyd edilir ki, Azərbaycanın zəngin və müxtəlif aqro-ekoloji zonaları dəyər zəncirlərinin inkişafı kənd təsərrüfatı fəaliyyətləri üçün geniş imkanlar yaradır.

FAO-nun iqtisadçısı Fanq Çenq-in sözlərinə görə, “Azərbaycan kənd təsərrüfatı məhsullarının və əlavə dəyərli ərzaq məhsullarının istehsalı baxımından üstünlüklərə sahibdir. Kənd təsərrüfatı istehsalı səviyyəsinə diqqət yetirməklə və kənd təsərrüfatının sonrakı mərhələləri ilə əlaqələndirməklə və bazar imkanlarının yaxşılaşdırılmasına nail olmaqla Dayanıqlı Ərzaq Dəyər Zənciri (SFVC) yanaşması Azərbaycana özünün iqtisadi artım, iş yerlərinin yaradılması və ev təsərrüfatlarının gəlirlərini yeni səviyyəyə çatdırmaq imkanı yaradacaqdır”.

Onun sözlərinə görə, Azərbaycanla bağlı aparılan bu təhlil regiondaki planlar barədə məlumat əldə etməyə köməklik göstərəcək.

Çenq hesab edir ki, “Bu nəşr daha böyük araşdırmaların əhəmiyyətli bir parçasıdır. Məsələn, Qırğızıstan, Moldova və Ukraynaya həsr olunan dəyər zənciri təhlilləri artıq mövcuddur. Bu, yoxsulluğa qarşı mübarizə sahəsində daha böyük və uzunmüddətli regional strategiyanın inkişafına imkan verir”. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !