72 yaşlı keşiş həbs edildi -

72 yaşlı keşiş həbs edildi

Kanadanın London şəhərində cinsi istismarda ittiham edilən keşiş Devid Norton 4 il müddətinə azadlıqdan məhrum edilib. AZpress.AZ axar.az-a istinadən xəbər verir ki, 1990-cı illərdə xidmət etdiyi dövrlərdə cinsi istismara məruz qoyduğu şəxs 72 yaşlı D.Nortonu məhkəməyə verib.

 

Keşiş dindirilmə zamanı əməlindən peşman olmadığını deyib və qarşı tərəfdən üzr istəməkdən imtina edib.

 

Məhkəmənin qərarı ilə keşiş Norton həm də ömür boyu qız nəvəsini görməkdən məhrum edilib. 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !