Faiq Ismayılov: - Quba rayonnun Xanəgah kəndindəki məscidin təcili bərpaya ehtiyacı var (+FOTOLAR)

Faiq Ismayılov: Quba rayonnun Xanəgah kəndindəki məscidin təcili bərpaya ehtiyacı var (+FOTOLAR)

Quba rayonnun Xanəgah kəndindəki məscidin təcili bərpaya ehtiyacı var.
(ekspert rəyi)


Quba rayonunun Xanəgah kəndində məscidin təbii proseslər səbəbindən tamamilə uçulmaq təhlükəsi ilə qarşılaşdığından, bu məscidin taleyi Xanəgah kəndinin sakinlərini və respublika ziyalılarını narahat etməyə başlamışdır.
Abidə, 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunu ilə mühafizə olunur. Abidənin mühafizəsinin təşkilinə Azərbaycan Mədəniyyət Nazirliyinin müvafiq qurumları və yerli icra hakimiyyəti nümayəndələri məsuliyyət daşıyırlar.
Mənə daxil olan məlumatlara rəğmən deyə bilərəmki məscid unikal yəni təkrarsız tikinti quruluşuna malikdir. Araşdırma nəticəsində məlum oldu ki abidənin tarixi, tikinti quruluşu barədə elmi mənbələrdə məlumat yoxdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alınmış, inşa tarixi XIX əsrə aid olduğu göstərilir.
Abidənin inşaasında yerli qəlpəli pud daşlardan və əhəng məhlulundan , apsirlərin quruluşunda isə bişmiş kərpicdən və adi pud daşlardan istifadə edilmişdir. Divarların quruluşu özünəməxsusluğu ilə diqqət çəkir. Divarların qalınlığı 60-80 sm. arasında dəyişir. Məscidin tavanın tikintisində taxtadan istifadə edilmiş, abidənin üzəri kirəmidlə örtülmüşdür. Məscidin yeganə minarəsi tavanın mərkəzi hissəsində quraşdırılmışdır.
Abidəni ümumi vəziyyəti nəzərdən keçirilərkən, əzəli formasında olmadığı görünür. Beləki abidə keçən əsrin əvvəllərində ya yenidən qurulmuş ya da təmir edilmişdir. Çünki abidənin divarlarında başqa bir islam dövrü tikintisinə məxsus daşlar müşahidə olunur.
Abidənin daxili divarları mala ilə örtülmüş olsada, sonralar bu örtük yağış suları vasitəsi ilə demək olar ki tamamilə yuyulmuşdur. Divarlarda naxışlar və ya digər ornamental görüntülər yoxdur.
Abidənin ümumi görünüşü, bu tarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdə olduğundan xəbər verir. Belə ki zaman-zaman baxımsızlıq ucbaatından təbiət hadisələrinin təsiri nəticəsində abidə yararsız hala düşərək özünün son dövrünü yaşayır.
Abidənin unikal formasını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini və əhali üçün xüsusi önəmini nəzərə alaraq, abidənin uçulmasının qarşısını almaq üçün, bərpa edilənə qədər abidə təcili koservasiya olunmalıdır. Bu barədə yerli icra strukturları, Mədəniyyət Nazirliyi, Azərbərpa Layihə İnstitutu qərar qəbul etməlidir.
Faiq İsmayılov.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !