İxtiyar Hüseynli: - Ərəblərin məmləkətimizə 1300 ildən sonrakı ikinci böyük yürüyüşü...(+FOTO)

İxtiyar Hüseynli: Ərəblərin məmləkətimizə 1300 ildən sonrakı ikinci böyük yürüyüşü...(+FOTO)

AZpress.AZ xəbər saytı İxtiyar Hüseynlinin ərəblər haqqındakı yazısını oxucularla bölüşür:
Ərəblərin məmləkətimizə 1300 ildən sonrakı ikinci böyük yürüyüşünün təəssüratları silsiləsindən:
- 5-6 yaşlı iki qız cocuğu...
Əylənirlər, şənlənirlər, qayğısız oynayırlar, sabahlarını heç düşünmürlər də...
Amma hər birinin gələcək taleyi indidən məlumdur...
Hər birinin gələcək taleyini valideynləri indidən məlum edib...
Biri, - az da olsa ehtimal var, - şəxsi azadlığını təmin edə bilər, seçim imkanı olar, gələcəyinin müəyyənləşməsində sözü eşidilər...
Digəri isə artıq indidən - düz əməlli gün görməmiş qaranlığa, məhdudiyyətə, çərçivəyə salınıb...
İlk həyat addımları keçilməz səddlə üzləşib...
Bunun sabahı daha böyük zülmətə bürünəcək, kölgə kimi yaşayacaq, sürünəcək...
Qara çadranın altında işıqlı həyatını, ümidlərini, arzularını çürüdəcək və hər şeyə rəğmən, məhz özü kimi qız övladları böyüdəcək...
Biri uşaq, digəri isə marionet kuklası...
Şübhəsiz, azadlıq və əsarət, tərəqqi və cəhalət, dünyəvilik və təriqət, NASA və İŞİD-Hizbullah, müasirlik və orta əsr bədəvi təfəkkürü, sevgi və qorxu mövzularında baş örtüyü əsas sayılmaya da bilər, məntiq bunu deyir...
Amma axı uzun müddətdir reallıq bu məntiqi tam təkzib edir...
Və bu reallıq artıq Azərbaycanın da gerçəkliyinə çevrilir...
Ürəyimdə qalan, deyə bilmədiyim sözlər əslində, çoxdur...
Zatən, qəlbimiz - duyğularımızı, fikirlərimizi səsləndirmədiyimiz, boğduğumuz məzar yeri deyilmi?!. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !