Xəzərin Sahilində-2018 festivalı həyata keçirilir - (+FOTOLAR)

“Xəzərin Sahilində-2018” festivalı həyata keçirilir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 28 iyul 2018 - ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.
Axşam saat 20:00-dən 23:00-dək davam edən festivalın musiqili hissəsində “Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifası ilə iştirakçıların daha da əyləncli bir axşam keçirməsinə səbəb olmuşdur.
Qeyd edək ki, 14 iyul – 1 sentyabr tarixləri arasında hər həftənin şənbə günü, saat 20:00–dən 23:00- dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərsiniz.
Festival ərazisində iştirakçılara piknik etməyə, gənclərin müxrəlif oyunlar, və yarışlar keçirməsinə şərait yaradılır.
Festivala giriş ödənişsizdir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !