Qaxda narkotik əkib-becərən şəxs saxlanılıb -

Qaxda narkotik əkib-becərən şəxs saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən Qax rayonunun Almalı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Kənd sakini, əvvəllər məhkum olunmuş Bəşarət Daşdəmirov Almalı kəndi ərazisindəki meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi ümumi çəkisi 39 kiloqrama yaxın olan 145 çətənə kolu polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !