Quba Rixos Oteldə faciə... - - Kanat qırıldı-1 ölü, 2 yaralı...

Quba Rixos Oteldə faciə... - Kanat qırıldı-1 ölü, 2 yaralı...

“Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb.

Minval.info xəbər verir ki, ilkin məlumatda hadisə zamanı 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı deyilirdi.

Quba Mərkəzi Rayon Xəstəxanasından minval.info-ya bildiriblər ki, xəstəxanaya bu hadisə ilə bağlı 3 nəfər daxil olub. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Hazırda 2 nəfər yaralıya yardım göstərilir. Onlardan biri olan Əhmədov Ruhi Mehman oğlunun vəziyyəti orta-ağırdır. Digər yaralı Həsənov Rafiq Əziz oğluna isə ambulator yardım göstərilir.

Hadisə zamanı dünyasını dəyişən Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğludur. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə barəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı məlumatını “Qafqazinfo” saytı verib. 

 

                                                                        ***

 

Qubada baş verən faciənin səbəbi bəlli oldu – “Tros qırılıb, çünki…”

 

“Quba Palace Hotel”ə məxsus olan kanat bu saatlarda qırılıb.

Minval.info xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məsələ ilə bağlı “Quba Palace Hotel”in marketinq şöbəsinin müdiri Ceyhun Yəhyayevin verdiyi məlumata görə, hadisə “SCADA” şirkətinin əməkdaşlarının ehtiyatsızlığı səbəbindən baş verib:

“Quba Palace Hotel”də kanat yolu var. Bu kanat yolunun trosu qısaldılmalı idi. Bunun üçün isə xüsusi peşəkar mütəxəssislərə ehtiyac vardı. Biz araşdırma apardıq və ölkə ərazisində peşəkar xidmət verən “SCADA” şirkəti ilə razılaşdıq. Onların əməkdaşları çağırıldı və bir həftə ərzində işə başlanıldı.

Təmir zamanı özləri ilə gətirdikləri tros qırılıb və təəssüflər olsun ki, faciəli hadisə baş verib. Kanatın içərisində hadisə zamanı şirkətin iki əməkdaşı olub, biri ölüb digəri isə yaralanıb. Hadisə sadəcə hotel ərazisində baş verib. Amma bütün məsuliyyət birbaşa olaraq “SCADA” şirkətinə məxsusdur”.

 

                                                                               ***

 

Azərbaycanda istirahət mərkəzində faciə – Kanat qırıldı, ölən və yaralananlar var

 

Qubada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

Minval.info xəbər verir ki, “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb.

Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub.

Dörd yaralı isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə haqqında ilkin məlumatı “qafqazinfo” saytı yayıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !