TƏSƏVVÜF, İRFAN HEYRANLARININ NƏZƏRİNƏ... - - Nəriman Qasımoğlu

TƏSƏVVÜF, İRFAN HEYRANLARININ NƏZƏRİNƏ... - Nəriman Qasımoğlu

AZpress.AZ xəbər saytı Nəriman Qasımoğlunun Təsəvvüf haqqındakı qeydlərini oxucularla bölüşür:

 

İslam sivilizasının qızıl dövrü elmi-texniki tərəqqinin, təbiət elmlərinin, intellektual mühitin, azadfikirliliyin gəlişdiyi, fəlsəfi düşüncə tərzinin hakim kəsildiyi tarixi mərhələdir.

Bu mərhələdə nəhəng elmi fikir dühalarını – Xarəzmi, Xəyyam, İbn Sina, Biruni, Fərabi, Razi və b-nı görürük.

Və bu mərhələdə Qəzali də vardı. Onun iddiasına görə, elm öz-özlüyündə şəkkaklığa və ateizmə aparıb çıxaran rasionallığı bir növ qidalandırır. Qəzaliyə görə, nə idrak, nə də məntiq bəşəriyyətin real məqsədlərinə xidmət etmir. Elmi-fəlsəfi axtarışlar Qəzalidən ötrü böş aldanışdan başqa bir şey deyildi.

Qəzali özündən əvvəl yaşamş İbn Sina və Fərabi kimi mütəfəkkirləri dinsizlər kimi damğalamışdı. Qəzalinin islam tarixində mənfi və siyasilər tərəfindən dəstək görən fəaliyyəti əksini onda tapdı ki, öz dövründə də, vəfatından sonra da onun düşüncə bayrağı altında ehkamçı fanatiklərdən ibarət böyük bir kütlə yer alırdı və bu yeni mühafizəkar xəttin ardıcılları məhvedici hücumları ilə azad və sərhədsiz fikir tərəfdarlarını müsəlman cəmiyyətlərindən tamamilə çıxdaş etmişdilər. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !