Media layihəsinin iştirakçıları Gəncədə - (+FOTOLAR)

Media layihəsinin iştirakçıları Gəncədə (+FOTOLAR)

Media layihəsinin iştirakçıları Gəncəyə səfər ediblər. Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində “Loqos” un Gəncə filialına ekskursiya təşkil edilib. Ekskursiyaya “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva, “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün və media layihəsinin iştirakçıları qoşulub. Səfər çərçivəsində media nümayəndələri əvvəlcə “Loqos” un Gəncə filialı və “Loqos” Erkən İnkişaf Təlim Mərkəzi ilə tanış olublar. “Loqos”un Gəncə filialının baş psixoloqu Lyudmila Mansurova geniş məlumat verib. Natiq “Loqos” Gəncə filialının gördüyü işlər, həyata keçirdiyi layihələri ətraflı şəkildə diqqətə çatdırıb. Nahar fasiləsindən sonra media nümayəndələri üçün Gəncə Erkən İnkişaf Təlim Mərkəzinin baş psixoloqu Taciyə Mehdisoy tərəfindən “Şüuraltımız nə istəyir” adlı təlim aparılıb və jurnalistlərin mövzu üzrə sualları cavablandırılıb. O cümlədən, “Loqos” Erkən İnkişaf Təlim Mərkəzinin həyətində “İnsan hekayəsi” adlı praktik qrup terapiyası keçirilib. Təlimlərdən sonra media nümayəndələri Qədim Gəncə şəhərinə ekskursiya edərək, Şeyx Nizami məqbərəsini ziyarət ediblər. “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində Gəncəyə edilən səfər xoş anlarla başa çatıb. #pxtibloqos #medialayihesi  

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !