Gəncə şəhərində daha bir bağça fəlakəti... - (AZpress.AZ – Esmira Günəş)

Gəncə şəhərində daha bir bağça fəlakəti... (AZpress.AZ – Esmira Günəş)

Mən bir müddət əvvəl Gəncə şəhərində yerləşən 31 saylı uşaq körpələr evindən məqalə paylaşmışdım. Bu bağçadakı özbaşınalıqlardan əhalini və aidiyyəti qurumları xəbərdar etməyə çalışmışdım. Çox təssüf ki, bu gün daha bir özbaşınalığın qurbanı bağçaya əmanət etdiyimiz körpə balalarımızdan biri olub.Gəncə Şəhər İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata əsasən,Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Mustafazadə Saranın bağçada xəsarət alması ilə bağlı həmin bağçanın tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılmışdır. Bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunmuşdur. Mustafazadə Saranın üzündəki yanıq izi olmasına baxmayaraq bu hadisədən sonra bəzi məlumatlar yayılmışdır ki, balaca Saranın üzünü bağçadakı uşaqlardan biri dişləyib. O zaman mənim sizə bir sualım var.Əgər uşaqlarımız bağçada nəzarətsiz qalırsa daha bağçaya aparmağımızın nə mənası var ? Bəs dövlətimiz bağça müəllimlərinə, dayələrə və hətta direktora belə maaşı nəyə görə verir ?
Onu da xatırladım ki, 31 saylı bağça Gəncədə mərkəzdə yerləşdiyinə görə uşaq sayı da çoxdur. Bağçada bir qrupda normal uşaq sayından əlavə uşaq götürülür və hər ay tərbiyəçi müəllimə ilə dayəyə əlavə hörmət tələb olunur. Bütün bu özbaşınalıqlara isə müdirə bilə-bilə yol verir. Həmin bağçada azyaşlı körpələrə yeməklərinin döyülə-döyülə yedizdirildiyinin özüm şahidi olmuşam. Hətta həmin yeməklər tez soyusun deyə boşqablarda ağzı açıq formada pəncərə önünə düzülmüş mərkəzdə yerləşən bir bağçanın yanından hər dəqiqə keçən maşınların havaya qaldırdıqları tozu isə təsəvvür etmək o qədər də çətin deyil.Məqaləmin sonunda xahiş edirəm aidiyyəti qurumlardan bağçalara nəzarəti artırsınlar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !