Qaçqının Monoloqu - - Faiq İsmayılov (+FOTOLAR)

Qaçqının Monoloqu - Faiq İsmayılov (+FOTOLAR)

(Mən Dövlətimizin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğsını, onların həyat şəraitinin yüksəldilməsini yüksək qiymətləndirirəm. Lakin bütün bu qayğılar qaçqın və məcburi köçkünlərin qoyub gəldikləri öz kasıb komalarını yurd yerlərini unutdura bilirmi? – deyərdimki yox. Qərib yerdə milyonçu olunca öz yurdunda dilənçi kimi ölmək daha şərəflidir).


Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.

Xəyalımdan heç vaxt silinməyən,
sonuncu qışın baharla qovuşa bilməyən, soyuq nəfəsi...
Qulaqlarımda səslənən silah gurultuları,
doğma yurdlarını tərk edib qaçan qonşularımın qışqırtısı, naləsi...
Hansısa qəmli bir mahnının qırıqlanmış notları kimi səslənir... səslənir..,
rahatlıq vermir...
ovuna bilmirəm...
Qoyub ayaqlarımın altına köhnə bir kətilin üstünə çıxıram...

Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.

Adət etmədiyim əyləncələrə dəvət ediləndə,
qol götürüb oynamaq istədiyim bir mahnıya oynamaq həvəsi..,
yaranan andaca...
sanki ildırım çaxır..,
diksindirir məni..,
Qulaqlarımda gurlayır erməni əsirliyində zorlanan qadınların səsi...
Qaçıram... qaçıram.., bu səsdən...
gözlərim önündə canlanan evimin xarabalıqlarına doğru qaçıram...
Ayılanda görürəm ki, divarları kif iyi verən qaçqın komasındayam....
Qoyub ayaqlarımın altına köhnə bir kətilin üstünə çıxıram,...

Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.

Adım qaçqın, özüm qaçqın, soyum qaçqın, sonum qaçqın...
yaşamağa ünvanım yox həyat mənə bu dünyada bir məhbəsdir...
Hayqırıram bu məhbəsdən, səsim-ünüm heç kimsəyə yetmir deyəm, daha Bəsdir!.. Bəsdir!.. Bəsdir!
Xilas olmaq istəyirəm..,
Yatağının üstündə oturub, müalicəsi üçün pul tapacağımı gözləyən..,
şikəst bacımın köksümə xəncər kimi saplanan baxışlarından...
Xilas olmaq istəyirəm..,
Nənəmin öldürülən, girov götürülən əzizləri üçün hər gün axıtdığı ğöz yaşlarından...
Yalvarıram-yalvarıram onları sakitləşdirmək üçün...
Sonra heç nə olmayıbmış kimi...
Qoyub ayaqlarımın altına köhnə bir kətilin üstünə çıxıram,...

Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.

Bezdim daha, vaqonlarda, daxmalarda, nəm qoxulu otaqlarda yaşatmaqdan ...
qaçqın adın damğa kimi, libas kimi üzərimdə gəzdirməkdən, daşımaqdan...
Imkan olsa qışqırardım..,
car çəkərdim mən dünyaya,
yalvarardım deyərdim ki, silin qardaş, qaçqın adın kitablardan, qəzetlərdən..,
təzələyin insanların yaddaşını...
Qurudardım əlləriimlə... illər boyu.., oğulum deyib.., qızım deyib.., yar yoldaşım qocam deyib, nalə çəkən anaların qırışlanmış sifətinə cığır salan göz yaçıını.
Sonra gedib qucaqlardım sevincimdən qardaçımın baş daşını...
nərə çəkib dəli kimi ağlayardım...
hayqırardım dünyaya deyərdim ki: - daha qaçqın deyiləm mən!

Daha Qoyub ayaqlarımın altına o köhnə kətilin üstünə çıxmayacam,
Daha, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxmayacam.
Yaşayacam hamı kimi öz yurdumda, öz evimdə
Yaşayacam hamı kimi öz obamda, öz elimdə.

Yoruluram.., yuxum gəllir...
Qorxuram mən yatmağada...
Yuxumda da səksənirəm, hər yatanda...
Yuxumada evim gəlir, eliim gəlir, obam gəlir...
qapımdakı ocaq yeri, həyətimdə bağım-baxçam, evimizdə sobam gəlir...
Canlı görrəm ev-eşiyi, küçəmizdə ala iti, boz pişiyi...
Ayılanda bu yuxudan,
Bu gəlhagəl, bu var-dövlət bircə anda xəyal kimi... yoxa çıxır..,
yuxum kimi..,
xatirəmin bu həsrəti ürəyimi deşir, dəlir...
xatirələr yazıq-yazıq, qorxa-qorxa mənə mənim özüm qədər yaxın gəlir...
Düşünürəm..,
qayıdacam mən evimə,
danışıram... qayıdacam mən evimə,
bu yuxular,
bu xəyallar,
bu yalanlar..,
ümid verir yaşamağa.
Bax bu anda, uçuq qaçqın komasında,
Qoyub ayaqlarımın altına köhnə bir kətilin üstünə çıxıram,...

Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.


Yorulmuşam... öyrənməkdən,
millətlərə bərabər şəkildə tətbiq edilməyən Beynəlxalq İnsan Hüquqlarını...
Yorulmuşam... dinləməkdən,
güclü dövlətlərdən olan natiqlərin “haqq” “ədalət” barədə uydurduqları insan haqlarını...
Yorulmuşm... görməkdən,
haqdan danışanların haqsızlığını, ədaləydən danışanların ədalətsizliyini...
Amma bir vaxt...
Zamanı gəlincə Beynəlxalq Millətlər Təşkilatının tribunasına qalxıb,
onların özlərinin qəbul edib, icrata yönəldə bilmədikləri
dörd qətnaməni başım üzərinə qaldırıb..,
qışqıracam, eşidin!.. Ey Cənablar!..

Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.
21-06-2015

Faiq İsmayılov.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !