ÇOXZÖVCƏLİLİK: BUNUN OXU ƏSASI VARMI, YOXMU... - - Nəriman Qasımoğlu

ÇOXZÖVCƏLİLİK: BUNUN OXU ƏSASI VARMI, YOXMU... - Nəriman Qasımoğlu

Ənənəvi islamda çoxzövcəliliyə bəraət üçün hədislərə də, Oxu-ya da istinad edirlər. Hədisləri qoyuram bir kənara, qeyri-ciddi münasibətdir, hərçənd müsəlman aləmində inanclı insanların əksəriyyətinin şüurunu başlıca olaraq hədis qaynaqları gəlişdirir.

Qeyd etdiyimiz kimi, çoxzövcəliliklə bağlı Oxu ayələrinə də müraciət var. Hərfən tərcümədə verdiyim bu ayələrə: “Verin özlərinə yetimlərin malını. İyrənci təmizə dəyişməyəsiz. Yeməyəsiz mallarını qataraq öz malınıza. Bu, böyük bir günah olar, şübhəsiz. Qorxsanız ki, yetimlərə insafsız olacaqsız, qadınlardan uyğun bildiklərinizi iki-iki, üç-üç, dörd-dörd nigahlayın. Qorxsanız ki, ədalət gözləyə bilməyəcəksiz, onda birini... Yaxud nəyi yetkiləmişsə sizin andlaşmalar... Bu sizə ən yaxını, ən azı ki, ədalətsiz olmayasız.” (4:2-3).

Ayələrdə “iki-iki, üç-üç, dörd-dörd nigahlayın” yazılır, “iki-iki, üç-üç, dörd-dörd nigahlanın” yazılmır. Feil N-K-H kökündəndir və dördüncü babda işlənir – “ənkəha” – “evləndirmək, nigahlamaq” mənasını verir, “evlənmək, nigahlanmaq” mənasını deyil. Bu sonuncunun ifadəsi feilin birinci babındadır – “nəkəha”. Oxu orijinalında hansı ayədə nigahlanmaqdan söhbət gedirsə, məhz bu feil – “nəkəha” – işlənir.

Nigahlamaqdan, evləndirməkdən söhbət gedən məqamda isə söz dövriyyəsinə “ənkəha” girir. Yuxarıda sitat gətirdiyim ayədə olduğu sayaq. Birini də sitat gətirim aydın olsun, məsələn: “Nigahlayın içinizdən subayları, dulları, əməli salehlərdən olub qulluğunuzda duran kişilərlə qadınları. Əgər yoxsuldurlarsa, Tanrı Öz lütfüylə varlandırar onları. Tanrı tutumlu, biləyən.” (24:32).

Belə görünür, çoxzövcəlilik məsələsi müqəddəs Yazılarda yalnız peyğəmbər nümunələri ilə məhdudlaşır. Və müsəlmanların kütləvi şəkildə bunu məişət normasına çevirmələrinin ayələrlə əsaslandırılması mümkün deyil. Bu məqamda da islahatçı yanaşmanı məhz Oxu mətninin özü təmin edir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !