Gəncədə kitab sərgisi keçirildi... - +FOTOLAR ( AZpressAZ - Esmira Günəş)

Gəncədə kitab sərgisi keçirildi... +FOTOLAR ( AZpressAZ - Esmira Günəş)

20 iyunda Gəncə şəhərində kitabsevərlər üçün kitab sərgisi keçirildi. Kitab sərgisini "kitab oxu" kitab evinin rəhbərliyi təşkil etmişdi. Sərgidə yerli və xarici kitablar oxuculara endirimli qiymətlərlə təklif olundu. Sərgidə bir çox nəşriyatların kitabları var idi o cümlədən "Parlaq imzalar" , "Elm və nəşriyyat" kimi nəşriyatlatın kitabları da vardı. Sərgi uşaqdan böyüyə hər kəsin diqqətini cəlb etmişdi. Çünki hər mövzuda kitab tapmaq mümkün idi.Elmi məlumatlar, psixologiya, bədii kitablar, şeir sevərlər üçün şeirkitabları, balacaların yaş həddinə uyğun olaraq uşaq kitabları və s. bir çox kitabları rahatlıqla əldə etmək mümkün idi.Həmçinin gənc şairə Esmira Günəşin " Azərbaycan qızıyam" adlı kitabı da sərgidə oxuculara təqdim olundu.Sərgidə gənc yazar Vüsal Aşiq və AZpress.AZ saytının muxbiri gənc şairə Esmira Günəş şəxsən özü iştirak edirdi. Şeirsevərlər şairənin kitabını özündən imzalı əldə etdikləri üçün çox sevinirdilər. Sərgi çox maraqlı keçdi. Bu isə ölkəmizdə kitaba marağın böyük olmasını bir daha sübüt edir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !