MUZEYLƏRİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏCRÜBƏ KURSLARI - (+FOTOLAR)

MUZEYLƏRİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏCRÜBƏ KURSLARI (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bölgələrdə yerləşən muzeylərin əməkdaşları üçün bu sahədə mövcud olan beynəlxalq təcrübə, mədəni sərvətlərin mühafizəsi və digər məsələlərə həsr edilmiş regional sərgi–seminarlar, treninqlər, təkmilləşdirmə kursları təşkil edir.
May ayının 24-dən iyunun 12-dək davam edən kurslarda Ağdaş, Qəbələ, Xocalı, Abşeron, Quba və Zagatala Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak ediblər.
Nəzəriyyə və təcrübə olaraq iki hissədən ibarət olan dərsləri MSXƏEBM-in elmi işlər üzrə direktor müavini Nairə Sadıxova, MSXƏEBM-in əməkdaşları - baş mühafiz İranə İbrahimova, kimyaçı mühəndis Pərvin Sadıqova, bərpaçı rəssamlar Sultan Sultanov, Gündüz Məmmədov aparıb.
Kursun dinləyicilərinə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, bioloji rejim, metalların, keramika məhsullarının, qrafika əsərlərinin, ağac məhsullarının və arxeoloji eksponatların bərpasında kimyəvi üsulların tətbiqi, qrafik əsərlərin, keramika əsərlərinin, şirli və şirsiz qabların, şüşə, sümük, ağac, dəri məmulatları, musiqi alətləri, silah nümunələri və saatların bərpası və konservasiyası mövzularında ətraflı məlumat verilib.
Təcrübə kursları 20 gün davam etmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !