KOICA və BMqT Qrant Razılaşması imzaladı - (+FOTOLAR)

KOICA və BMqT Qrant Razılaşması imzaladı (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, KOICA və BMqT "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” adlı layihəyə dair Qrant Razılaşması imzaladı


12 İyun 2018-ci ildə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” adlı layihəyə start verilməsi üçün Qrant Razılaşması imzalandı. Layihin əsas məqsədi məcburi köçkünlərin məskunlaşdığı iclamarda həyat şəraitinin və su təminatının yaxşılaşdırılmasından ibarətdir. KOICA, layihəni maliyyələşdirən donor təşkilatı, məcburi köçkünlərin sıx məşkunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy, Göygöl şəhərlərində kəhrizlərin bərpasına 4.2 milyon ABŞ dolları ayırmışdır. IOM, layihəni icra edən təşkilat, bu sahədə olan təcrübəsinə dayanaraq 8000-ə yaxın məcburi köçkün ailəsinin məskunlaşdığı ərazilərdə 4 il ərzində kəhrizlərin və suvarma kanallarının bərpasını icra edəcəkdir. Layihə çərçivəsində həmçinin biznes fəaliyyətinin təşfiqi və potensialın gücləndirilməsi də nəzərdə tutulur.
Imzalanma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri cənab Etibar Abdullayev ilk öncə məcburi köçkünlərin məskunlaşdığı ərazidə belə bir layihənin icrasına təşəbbüs göstərdiyi üçün KOICA və BMqT-a öz minnətdarlığını çatdırdı və vurğuladı ki, kəhrizlər əhalini içməli su ilə təmin etməklə yanaşı regionda torpaqların suvarılmasında da istifadə edilir.
KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru, Xanım Park Kumok, öz növbəsində, suyun insan ehtiyacları, kənd təsərrüfatı, sənaye və ətraf mühit üçün vacib olduğunu vurğuladı. Xanım Park Azərbaycanın milli strategiyası və Koreyanın inkişaf təcrübəsi nəzərə alınmaqla su idarəçiliyi sahəsinin Koreya və Azərbaycan Hökumətləri arasında prioritet sahələrdən biri kimi qəbul edildiyini qeyd etdi. Ölkə üzrə direktor vurğuladı ki, KOICA hər bir ölkədə layihəyə başlamazdan öncə ilkin olaraq ən çox əhalinin ehtiyacı olduğu sahələri müəyyənləşdirir və yalnız bundan sonra həmin ölkələrdə layihələrin icrasına başlayır. Xanım həmçinin, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin KOICA üçün hər zaman önəmli və prioritet olduğunu nəzərə çatdırdı.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Humanitar və Sosial Məsələlər İdarəsinin birinci katibi xanım Şəfa Qasımova, Qarabağa dair tarixi yenidən xatırladaraq qeyd etdiki, 1988-ci ildən 20% Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində zəbt edilmiş və nəticədə Azərbaycanlılar öz torpaqlarından didərgin düşmüşdürlər. Şəfa xanım həmçinin 1 milyon qaçqın və məcburi köçkünün həqiqətən Azərbaycan iqtisadiyyatı çox olduğunu bildirdi, və qeyd etdi ki, ötən illər ərzində qaçqınlarla bağlı məsələlərin aradan qaldırılması üçün bir sıra Dövlət Proqramlarının yerinə yetirilməsinə və hal-hazırda bu sahədə işlərin davam etdirilməsinə baxmayaraq, qaçqın və məcburi köçkünlərlə bağlı problemlər hələ də qalmaqdadır və bu sahədə Azərbaycan beynəlxalq qurumların və donor təşkilatlarının yardımına ehtiyac duyur. Şəfa xanım bir daha KOICA-a Azərbaycanda məcburi köçkünlərlə bağlı belə bir layihənin həyata keçirilməsinə dəstək olduğu üçün öz dərin minnətdarlığını izhar etdi.
BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, məhsuldar torpaqların çox olduğu Azərbaycan ərazisində qədim zamanlardan kənd təsərrüfatı mədəniyyətinin yüksək inkişaf etdiyini qeyd etdi, və bu torpaqların suvarılmasında kəhrizlərə önəm verildiyini vurğuladı. O, KOICA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək bu layihə nəticəsində məcburi köçkün düşərgəsində məskunlaşan 28.000-dən çox əhalinin layihədən yararlanacağını diqqətə çatdırdı. Bu layihənin KOICA ilə birgə həyata keçirilən artıq ikinci layihə olduğunu və gələcəkdə də KOICA ilə əməkdaşlığın dəvam etdiriləcəyinə ümid bəslədiyini bildirdi.
Tədbirin sonunda KOICA, BMqT və Azərbaycan Hökumət nümayəmdələri ilə birlikdə xatirə şəkli çəkildi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !