"Balıqçılar körpüsü" - Nəticələr - - Rafiq Oday (+FOTOLAR)

"Balıqçılar körpüsü" - Nəticələr - Rafiq Oday (+FOTOLAR)

Dəyərli dostlar,
yadınızdadırsa may ayının 18-də Sumqayıt şəhərinin aidiyyəti qurumlarına belə bir rəsmi təklifdə bulunmuşduq ki, Sumqayıtda gəmi səyahəti üçün inşa edilmiş məkana "Balıqçılar körpüsü" adı verilsin.

 

Eyni zamanda bu təklifi onlayn müzakirəyə çıxarmışdıq. Aradan 25 günə yaxın bir vaxt ötüb. İstəyirəm ki, bu gün bu müzakirələrin nəticələrini sizlərin diqqətinə çatdırım. Eyni zamanda bildirim ki, bu təkliflər yekun halda Sumqayıt şəhər rəhbərliyinə bir müraciət olaraq rəsmi şəkildə təqdim olunacaq.

 

Mənin yerləşdirməm üzrə nəticələr belədir:

 

1. Mənim irəli sürdüyüm təklifi 168 nəfər bəyənərək dəstəkləmiş və 62 nəfər bununla əlaqədər rəy yazaraq yazılı münasibət bildirmişdir.

 

2. Təklif azpress.az (Rasim-azpress Sadıxov) və xebefle.com (Ramil Yaqub Zeynallı) saytlarında dərc olunmuş və bu materiallara ümumilikdə 60-dan artıq münasibət bildirilmişdir.

 

3. Əlavə olaraq "Balıqçılar körpüsü" ilə bağlı yerləşdirdiyim digər statusa 36 nəfər münasibət bildirmiş

 

4. Novbəti statusa isə 46 nəfər münasibət bildirərək və bir neçə rəy yazılmışdır.

 

5. Əlavə olaraq "Bizim Sumqayıt" səhifəsinin mənin "Balıqçılar körpüsü"ndən çəkdiyim şəkilləri yerləşdirməsini 305 nəfər bəyənmiş, 21 paylaşım edilmiş və 32 rəy yazılmışdır.

 

6. Dəyərli dostumuz Humbat Quliyev də mənim müraciətimdən xəbərsiz olaraq bu körpü ilə bağlı status yerləşdirmiş və körpünün "Sumqayıt körpüsü" adlandırmaq təklifi irəli sürmüşdür və müzakirələrdə 45 bəyənmə, 5 paylaşma və 40 rəy olmaqla, ümumilikdə 95 adam iştirak etmişdir.

 

Ümumilikdə isə, bu müzakirələrdə bəyənmə, paylaşma və rəy yazma da daxil olmaqla 825 adam iştirak etmişdir.

 

İştirakçıların mütləq (böyük) əksəriyyəti körpünün "Balıqçılar körpüsü" adlandırılması təklifini öz bəyənmələri, paylaşmaları və rəy bildirmələri ilə təsdiq etmişlər.

 

Bununla belə, Sumqayıtın tanınmış şəxsiyyətləri, ziyalıları, yaradıcı insanları arasında fərqli fikirlər də səsləndirənlər olmuşdur ki, mənə də doğma və əziz olan bu insanların hər birinin fikir və təkliflərinə hörmətlə yanaşır və o təklifləri də diqqətinizə çatdırıram.

 

Rəhman Orxan - təklif edir ki, sadəcə "Liman" adlandırılsın
Nazim Macidov - təklif edir ki, "Yelkən" adlandırılsın
Almaz Beyazid - təklif edir ki, ya "Balıqçılar körpüsü" olsun, ya da "Balıqçılar limanı" (əslində təklifində belə yazıb: körpü və liman)
Namiq Dəlidağlı Delidagli - iki təklif irəli sürür: "Xəyallar limanı" və "İntihar etmiş gəmi limanı"
Сулейман Гусейнов - təklif edir ki, "Balıqçı körpüsü" adlandırılsın ("lar" şəkilçisi götürülsün)
Aygun Hacıyeva da - təklif edir ki, "Balıqçı körpüsü" adlandırılsın ("lar" şəkilçisi götürülsün)
Emin ALi - təklif edir ki, "Priçal" adlandırılsın
İbrahim Babayev - təklif edir ki, "Xatirələr limanı" adlandırılsın
Xatire Ferecli - iki təklif irəli sürür: "Xatirələr limanı" və "Sumqayıt körpüsü"
Humbat Quliyev - təklif edir ki, "Sumqayıt körpüsü" adlandırılsın
Nizami Kolanılı - təklif edir ki, "Sevinc buxtası" adlandırılsın
Saida Heziyeva - öncə təklif etdi ki, "Görüş limanı" adlandırılsın, sonradan "Balıqçılar körpüsü" təklifini qəbul etdi
Eldar Huseynov - öncə təklif etdi ki, "Sevinc buxtası" adlandırılsın, sonradan "Balıqçılar körpüsü" təklifini qəbul etdi

 

Gəlinən nəticə:

Sumqayıt şəhərinin aidiyyəti qurumlarına rəsmi müraciət hazırlansın və 1000 nəfərə yaxın insanın iştirak etdiyi rəy sorğusunun nəticələri nəzərə alınmaqla, Sumqayıtda gəmi səyahəti üçün inşa edilmiş məkana "Balıqçılar körpüsü" adının verilməsi xahiş edilsin.

 

Müzakirələrdə iştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Var olun, əziz və dəyərli dostlar!
"Balıqçılar körpüsü" adı da xeyirli, uğurlu olsun! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !