Milli Qurtuluşdan inkişafa adlı tədbir keçirilib - ++ FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Milli Qurtuluşdan inkişafa” adlı tədbir keçirilib ++ FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş günü ilə əlaqədar “Milli Qurtuluşdan inkişafa” adlı tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. R.Hüccətov Heydər Əliyevin müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu vurğulayıb. “Heydər Əliyev öz xilaskarlıq missiyası ilə xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıbdır”,-deyə E.Həmidli əlavə edib.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlarla tanış olublar.



Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !