Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb -

Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlıları Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşadakı “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, nəticədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər ləğv edilib. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin rolu olub.

 

Bu barədə açıqlama verən PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və Polşa ictimaiyyətinə tarixi həqiqətlərin çatdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

 

Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycan Respublikasının Polşadakı səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !