Nərgizava nekropolunda yeni arxeoloji tədqiqatlar - (+FOTOLAR)

Nərgizava nekropolunda yeni arxeoloji tədqiqatlar (+FOTOLAR)

2018-ci ilin may ayında AMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndində yerli sakin Sahib Mirzəyevin həyətində 70 kv.m. sahədə arxeoloji kəşfiyyat qazıntısı aparmışdır. Qazıntı zamanı yer üstündən 40 sm dərinlikdən başlayaraq şum işləri zamanı dağılmış təbəqənin qarışıq materialları və insan skeletlərinin qalıqları üzə çıxmışdır. 80 sm dərinlikdən başlayaraq torpaq qəbirlərdə daha yaxşı saxlanmış skeletlər və ətrafında qoyulmuş saxsı məmulatı, eləcə də metal əşya və bəzək nümunələri aşkar olunmuşdur.
Ümumilikdə indiyə qədər 25 qəbir qeydə alınmış, onların bəzilərində bir neçə skeletə rast gəlinmişdir. Nərgizava abidəsinin qəbirləri pilləli şəkildə dəfnlə xarakterizə olunur. Qəbirlərin skeletinin vəziyyəti sıx və zəif bükülü, başının istiqaməti əsasən şimal-qərbə, sağ böyrü üstə, üzü cənub-şərqə olub, ayaq və baş ucunda nərgizava tipli dördqulplu saxsı maye qabı və digər saxsı su və yemək qabarı qoyulmuşdur. Bütün qablar ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənmişdir. Skeletlərin ətrafından müxtəlif rəngləri olan çaxmaqdaşılar da götürülmüşdür. Dəmirdən xəncər, bıçaq, ox ucluqları və nizə ucluqları aşkar olunmuşdur. Əksər skeletlərin üzərində ocaq qalanması ayini izləri rast gəlinmişdir. Antropoloq Vüsal Həsənovun qeydinə görə, skeletlərin bəzilərində xəstəlik izləri də müşahidə olunur. Qazıntının genişləndirilməsi və dərinləşdirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaqdır.
Tunc kəmər başlıqları öz bədii gözəlliyi ilə seçilir. İnsan və heyvan təsvirli belə kəmər və toqqa başlıqları Nərgizava abidəsi üçün səciyyəvidir. Qazıntı zamanı 9 saylı qəbirdən bir ədəd Parfiya sikkəsi də üzə çıxmışdır.
Qazıntı mövsümündə Gəgəli kəndinin yaxınlığındakı Yasamal qobusunun kənarında 20 kv.m. sahədə yaşayış yerinin üzə çıxarılması istiqamətində işlər görülmüşdür. Həm nekropolda, həm də ehtimal olunan yaşayış yerində işlər sona çatdırılmamışdır. İşlərin yekunlaşdırılması üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Nərgizava ekspedisiyasını yenidən ezam etməsi nəzərdə tutulur. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,


 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !