Uşaqlara məhəbbətlə adlı konsert keçirilmişdir - (+FOTOLAR)

“Uşaqlara məhəbbətlə” adlı konsert keçirilmişdir (+FOTOLAR)

1 iyun 2018- ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş “Uşaqlara məhəbbətlə” adlı konsert keçirilmişdir.
Məktəbin həyətində təşkil olunmuş bayram konsertində dirijor O.Eyvazovun rəhbərliyi ilə məktəbin xalq çalğı alətləri orkestri, Z. İbrahimovanın rəhbərliyi ilə xoreoqrafiya şöbəsi iştirak edirdi. Həmçinin konsertdə məktəbin vokal şöbəsi (müəllim R.Piriyev), eləcə də artıq üç ildir ki, müəllim C. Həsənov tərəfindən yaradılmış nağara- şou – rəqslə birkidə yumoristik səhnəcik ilə öz bacarıqlarını nümayiş etdirdilər. Konsertdə məktəbin qanun ixtisası üzrə müəllimi A.Əliyevanın ifası da dinləyicilərin zövqünü oxşadı. Bayram konserti sevinc dolu anlarla yadda qaldı.
Konsertdə Binəqədi rayon YAP-nın İlk partiya təşkilatının sədri R.Göyüşov, ictimai, sosial, humanitar şöbənin müdir müavini Şəmsi Gülverdiyev, musiqiçilər, məktəbin müəllimləri və digər qonaqlar iştirak edirdi. Sonda qonaqlar bayramın bu səviyyədə qeyd edilməsinə görə məktəbin direktoru Adilə xanım Yusifovaya minnətdarlığını bildirərək bütün uşaqları bayram münasibəti ilə təbrik etdilər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !