Yayım Assosiasiyası növbəti təqdimatını keçirib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Yayım” Assosiasiyası növbəti təqdimatını keçirib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

İyunun 1-də “Yayım” Assosiasiyası Azərbayvan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cənub bölgəsində Qarabağ şəhidlərinin yad edilməsi ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində şəhid ailələri ilə ikinci görüşünü keçirib. Görüş Lənkəran rayonunun şəhid Həsrət Hüseynov adına Çay Fabriki qəsəbə tam orta məktəbində reallaşıb. Şəhid ailə üzvlərinin, Səfərbərlik üzrə ÇağırışXidmətinin Lənkəran rayon Şöbəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin, ictimayyət nümayyəndələrinin qatıldığı tədbirdövlət müstəqilliyimizin və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurbam vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Həsrət Hüseynov adına Çay Fabriki qəsəbə tam orta məktəbinin direktoru Hüseynxan Bağırov qəsəbə şəhidlərinin anım mərasiminin məktəbdə keçirilməsindən qürur duyduğunu, bu kimi tədbirlərin gənclərin təlim -tərbiyəsində,vətənpərvərlik ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Layihənin məqsəd və mahiyyəti haqqında iştirakçıları məlumatlandıran “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri, “Cənub bölgəsində Qarabağ şəhidlərinin yad edilməsi ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalov respublikamızda şəhidlərlə, Qarabağ mövzusu ilə bağlı hazırlanan layihələrin Azərbayvan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmişə dəstəkləndiyini, bu mövzunun dövlətin ən ümdə maraqlarından biri olduğunu vurğulayıb. Təsadüfi deyildir ki, təşkilat son dörd ildə Qarabağ və şəhidlər mövzusu ilə bağlı üçüncü layihəsini gerçəkləşdirir.
Görüşdə Lənkəran şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Səfərbərlik üzrə Çağırış Xidmətinin Lənkəran rayon Şöbəsinin rəis müavini kapitan Tural Yunisov, yazıçı-jurnalist Mübariz Süleymanlı, bölgənin tanınmış ziyalı-pedaqoqu Elsevər Həsənov çıxış edərək şəhid ailə üzüvlərinə qəhrəman oğulllar böyütdüklərinə görə minnətdarlıqlarını bildiribər.
Daha sonra şəhid ailə üzvlərinə layihə çərçivəsində hazırlanmış, qəsəbə şəhidlərinin həyatı və Vətənə xidmətlərini foto görüntülərlə təsdiq edən “İstisu şəhidləri” foto-albomu hədiyyə olunub.
Sonda məktəb şagirdlərinin şəhidlərlə bağlı şeirləri səsləndirilib və xatirə şəkilləri çəkilib.
Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !