Quranın açıqlaması - - Nəriman Qasımoğlu

Quranın açıqlaması - Nəriman Qasımoğlu

Bu tərcümə variantında bir yenilik ondan ibarətdir ki, bədii tərcümə üslubu ilə mümkün qədər sözbəsöz tərcümə variantının sintezinə çalışdım. Həm də ona çalışdım ki, oxucu subyektiv mövqeyimlə üz-üzə qalmasın, öz dərrakəsi çərçivəsində ilahi informasiyadan aldığı qənaətlərini bir çox hallarda özü müəyyənləşdirmək imkanı qazansın, təfəkkürünü inkişaf etdirsin və bu işdə müəllif əməyi ona sadəcə çılpaq və oxunaqlı bir informasiya kimi kara gəlsin, Tanrı-insan münasibətlərində vasitəçisizlik – dinimizin bu başlıca prinsipi təmin edilsin.

Əsərin teoloji məziyyətləri haqqında da bir neçə məqamı qeyd edim. Ayələrdə ifadə olunan mətləblər statik, dəyişməz deyil, ilahi həqiqətlərin dəyişməzliyi fonunda yeni hikmətlər açır, yeni sözlər deyir. Məsələn, 84-cü surənin 19-cu ayəsinin hərfi tərcüməsi “siz nimçədən nimçəyə mütləq minəcəksiniz”, yaxud “siz təbəqədən təbəqəyə mütləq minəcəksiniz” kimi bir öncəgörməni ortaya qoyur. Ənənəvi tərcümələrdə bu, “siz haldan hala mütləq düşəcəksiniz” kimi verilir və əlavə olaraq da mötərizədə izah olunur ki, “ölüb diriləcəksiniz”. Halbuki hərfi tərcümə indilikdə daha münasibdir, çünki elmi təxəyyülə təkan verən bir məzmundadır və mətnin kənardan əlavəsiz-filansız olaraq bilavasitə özündən gəlir, həmin ifadə göy cisimlərinə verilən andlar fonunda təqdim edilir. Yeni tərcümə variantında bu qəbildən xeyli nümunələr var

İndilikdə hələlik onu deyim ki, teoloji tapıntılarımın bəzisi gözlənilməz məzmundadır. Və bunların əksəriyyəti, həqiqətən, inanclı insanların şüurlarında dəyişiklik yaradacaq mahiyyət daşıyır, dünyanın heç bir dilində olan tərcümələrdə ifadə olunmayıb, ilk dəfə bu əsərdə yer alır. O yeniliklərdən biri haqqında ayrıca yazım var, mətbuatda dərc olunandan sonra burada da yerləşdirərəm oxuyarsınız.

 Kitabı buradan almaq olar:

AkademKitab - Kitab Evi, Elmlər Akademiyası metro stansiyasının BDU tərəfə çıxışı olan küçə, Hüseyn Cavid prospekti, 129

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

   azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !