Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "BİRLİK" konserti keçirildi - + FOTO (AZpress.AZ – Nəriman İsmayılov)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "BİRLİK" konserti keçirildi + FOTO (AZpress.AZ – Nəriman İsmayılov)

AZpress.AZ xəbər verir ki, 27 may tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında BUTA uşaq bağçasının və BANU rəqs məktəbinin möhtəşəm "BİRLİK" konserti keçirildi. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə və 1 İyun Uşaqların Müdafiə Gününə həsr olunurdu. Tədbiri giriş sözləri ilə açan BANU rəqs məktəbinin direktoru, rəqqasə Fatimə Fətəliyeva və BUTA körpələr evi uşaq bağçasının rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı, Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü, psixoloq - psixoterapevt Günay Ağamalı qonaqları salamlamış, tədbir haqda çıxışlar etmiş, hər kəsə xoş istrahət diləmişlər.Tədbirdə BUTA uşaq bağçasının fidanlarının və BANU rəqs məktəbinin tələbələrinin rəqs ifaları oldu. Bundan başqa gənc və istedadlı müğənnilər Əhməd Mustafayev və Ramal İsrafilov öz ifaları ilə konsertə qatılmışlar. Konsertin aparıcısı tanınmış aparıcı Könül Muxtarova olmuşdur. Sonda konsertdə iştrak edən bütün uşaqlara diplomlar təltif olundu. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !