Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının maarifləndirici seminarı keçirilib - (+FOTOLAR)

Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının maarifləndirici seminarı keçirilib (+FOTOLAR)

Gəncə şəhərində Azərbaycanda Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının rəsmi Məlumat (əlaqə) Mərkəzinin maarifləndirici seminarı baş tutub

 


24 May, 2018-ci il tarixində Gəncə şəhəri Gənclər Evində "Gələcəyə Körpü" GİB-nin təşkilatçılığı və SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin əməkdaşlığı ilə Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus+ Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı baş tutdu.
Mərkəzin koordinatoru Hüseynxan Hacızadə iştirakçılara Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini, Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verdi. Tədbirdə SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin baş məsləhətçisi Tomasz Szopa çıxış edərək gənclərə təklif edilən imkanlardan yararlanmağa çağırıb. Daha sonra "Gələcəyə Körpü" GİB-in Polyak EVS könüllüsü də öz praktiki təcrübələrindən danışıb. Tədbirdə iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb. Qeyd edək ki, Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə (Məlumat) Mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi) tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin İyun ayından indiyədək Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi kimi fəaliyyət göstərir. Bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !