Xalq yaradıcılığı : qədim el sənətləri festivalı keçirildi - (+FOTOLAR)

“Xalq yaradıcılığı : qədim el sənətləri” festivalı keçirildi (+FOTOLAR)

“Xalq yaradıcılığı
KEÇMİŞDƏN GƏLƏCƏYƏ:
qədim el sənətləri” festivalı keçirildi.

 


25-26 may 2018-ci il tarixində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyasının “Mədəniyyət”kanalı, Xalq yaradıcılığı redaksiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə “Xalq yaradıcılığı : qədim el sənətləri” festivalı keçirildi.
Tədbirin idea müəllifi olan Mədəiyyət kanalının direktoru Ramil Qasımov qeyd etdi ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiy ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının “Xalq yaradıcılığı” redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunda 25-26 may 2018-ci il tarixində Keçmişdən gələcəyə “Xalq yaradıcılığı: qədim el sənətləri” adlı festival keçirməkdə məqsəd, keçmişdəki dəyərlərimizin gələcəyə daşınması yolunda önəmli addımdır.layihə, Insanların,ölkəmizə gələn turistlərin, mədəni istirahətinin təşkilinə xidmət edir.
Bu gün dövlətimiz tərəfindən. Qədim el sənətlərinin təbliği istiqamətində,böyük işlər görülür. Mədəniyyətimizin hər zaman dünyada təbliği üçün çalışan, Heydər Əliyev fondunun xidmətləri əvəzsizdir.Hər zaman milli mədəniyyətimizə məxsusi qayğı ilə yanaşan Ölkəmizin birinci vitse prezidenti,Mehriban xanıma bu qayğıya dəstəyi görə təşəkkürümüzü bildiririk.
Festifalda, Azərbaycan Televiziyasının musiqi kollektivləri, və solistləri, eyni zamanda,qədim əl işləri , kitab sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün:), xalça toxuma və bu kimi nümunələr təqdim olundu. Festifalda,yeniyetmə və uşaqlar, eləcə də gənclər qədim el sənəti nümunələri ilə tanış oldular, özləri də ustalarla bir yerdə gil qablar düzəltdilər tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlər, alimlər üçün də maraqlı oldu.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !