Musiqi Kollecinin tələbələrinin konserti keçirilib - (+FOTOLAR)

Musiqi Kollecinin tələbələrinin konserti keçirilib (+FOTOLAR)

2018-ci il 23 may tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində məktəbin şagirdləri və Milli Konservatoriya nəzdində Musiqi Kollecinin tələbələrinin birgə konserti keçirilmişdir. Konsert Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuşdur. Konsertdə Kollecin direktoru, əməkdar incəsənət xadimi, professor N.Kazımov, kollecin müəllim heyəti, Gənclər və İdman İdarəsinin rəis müavini S.Süleymanova və digər qonaqlar iştirak edirdilər.
Konsertin əvvəlində F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənt Məktəbinin direktoru professor, əməkdar müəllim A.Yusifova qonaqları salamlayaraq, birlikdə bayram tədbirinə qatıldığına görə Kollecin rəhbərliyinə, şəxsən N.Kazımova dərin minnətdarlığını bildirdi. Bu əməkdaşlığının gələcəkdə davam etdirilməsini arzuladıvə Azərbaycan Yazıçılar birliyinin üzvü,şairə R.Mirzəyevanın “Üçrəngli bayrağımız” adlı şerindən bir parça səsləndirdi. Musiqişünas A.Manafova Azərbaycan xalqının şərəfli tarixindən məruzə ilə çıxış edərək konserti açıq elan etdi.
Dirijor Ə.Rzayevin rəhbərliyi Musiqi Kollecinin nəfəs alətləri orkestri və F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin xoru bütün tədbir iştirakçıları ilə birlikdə Dövlət himnini ifa etdilər.
Daha sonra səhnədə bir birinin ardınca məktəbin şagirdləri – IX sinif şagirdi N.Bağırlı – fleyta (müəl. A.Əzizova, kon. A.Əliyeva), I sinif şagirdi E.Yusifli-klarnet ( müəl.Q.Həsənov, kon. S.Ağabalayeva), II sinif şagirdi Ə.Manaflının - ksilofon (müəl. A.Qasımov, kons. A.Əliyeva) maraqlı ifaları qonaqların alqışları ilə qarşılandı. Eləcə də, dirijor Ə.Rzayevin Azərbaycan və müasir xarici ölkə bəstəkarlarının əsərlərinin nəfəs orkestri, nəfəs- estrada orkestri üçün işləmələri bütün zalı riqqətə gətirdi.
Konsertin sonunda Musiqi Kollecinin direktoru N.Kazımov A.Yusifovaya dəvət olunduqları üçün minnətdarlıq etdi. “Bu gün sizin şagirdlər sabah bizim tələbələrimizdir. Mən çox sevinirəm ki, sizin məktəbinizdə belə istedadlı şagirdlər yetişir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini- bayramı sizinlə birlikdə qeyd etmək bizə zövq verdi.”



Hazırladı: musiqişünas A.Manafova

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !