AXC-nin 100 illiyinə həsr olunmuş "Klassik musiqi gecəsi" keçirildi - (+FOTOLAR)

AXC-nin 100 illiyinə həsr olunmuş "Klassik musiqi gecəsi" keçirildi (+FOTOLAR)

23 may 2018-ci il tarixində Bülbülün Memorial Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş AMK tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifalarında "Klassik musiqi gecəsi" keçirilmişdir.
Qonaqları salamlayan muzeyin direktoru Fərqanə Cabbarova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən Respublikada bir sıra tədbirlər keçirilir. O, ölkə başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdiyini xüsusi vurğuladı.
İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu qeyd etdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın dövlətçilik tarixində əzəmətli səhifəsi olduğunu bildirdi.
Klassiq musiqi gecəsi Respublika İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin şagirdləri Züleyxa Abdullayeva, Murad Rəşidov, Əzizə Ələkbərli, Nəzrin Muradlı, Emil Naqornı, Fəridə Abbaszadənin ifaları ilə davam etdi.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !