Bu yaxınlaşma WOW dedirdəcək! - (+VIDEO)

Bu yaxınlaşma WOW dedirdəcək! (+VIDEO)

Hər ikisi Azərbaycan pop musiqisində partlayış olmağı bacarmış, tərz yaratmış, heç kimə bənzəməmiş və çox hiperaktiv olmaları ilə seçilir. Biri xalq artisti və illərlə gündəmdən düşməyən, Snoop Dogu valeh edən Pop Diva Aygün Kazımova, digəri Cem Yılmazın tvitlər həsr etdiyi, rəqsləri, jestləri,musiqisi ilə xaricilərin belə gözündən yayınmayan dance-pop şahzadəsi Rauf. Onları Mərkəz və SS production yaraşdırdı. Nicat Məlikovun sözləri və musiqisi ilə bir araya gələn iki ulduz səhnələri yandıracaq enerjidə olduqlarını klip çəkilişlərində də sübut etdilər. «Yaraşdın mənə» mahnısına operator Aleksey Lamaxın obyektivindən, Nicat Məlikovun rejissor baxışından izlənərək çəkilən klipin enerjisi ulduzlarımızı oynatdı, güldürdü və zirvəyə uçurtdu. Musiqi prodüseri Fərid İsmayılov, səs prodüserləri Ramin Vəlibəyov və İsmayıl Əsədov olan mahnının klip çəkilişləri zamanı Azərbaycanın ən yaxşıları toplandı. Aygün Kazımovanın obrazı üzərində tanınmış stilist dizayner Rüfət İsmayıl, makyajı üzərində isə Ruxa çalışdı. Rauf isə öz geyimlərini Cəlal Kəngərlinin KNGRL brendinə, görkəmini Kadır Amirə etibar etdi.
Texniki təchizahla Cinealiance yaradıcı heyəti məşğul oldu.
SS production və Mərkəz production imzalı bu gözəl layihənin əsas təşəbbüskarı isə Baş prodüser Aysel Rəcəblidir.
«Yaraşdın mənə» klipini və mahnısını tamaşaçıların və izləyicilərin xoş seyrinə təqdim edirik. Biz çox yaraşdırdıq! Bəs siz? 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !