AYB-də iki kitabın təqdimatı keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

AYB-də iki kitabın təqdimatı keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair-publisist Etibar Vəliyevin "Analı dünyam" adlı şeirlər kitabının və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnsitutunun doktorantı, Lənkəranın Ləj kənd məscidinin axundu, ilahiyyatçı-alim Samid Quliyevlə birgə həmmüəllifi olduğu "Azərbaycanda multikultiralizm və onun Lənkəran qaynaqları” kitabının tədimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin şöbə müdiri, şair Qəşəm Nəcəfzadə hər iki kitab haqqında geniş məlumat verib. Qeyd edilib ki, müəlliflər bu kitablarda anaya və vətənə sevgi, ölkəmizdə multikulturalizm, xalqımızın zəngin multikultural keçmişi, tolerant yaşam tərzi və digər bu kimi mövzuları dolğun şəkildə təsvir edə biliblər. Kitabda həmçinin Vətənmizin qədim mədəniyyət və elm mərkəzlərindən hesab edilən Lənkəranın tarixi, bu diyarada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilib.
Müzakirələrdə AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca və sədrin müşaviri Rauf Aslanov kitablar haqqında fikirlərini bildirərək müəllifləri təbrik ediblər. Ədəbiyyat İnsitutunun müasir ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, fəlsəfə elmləri doktoru, professor Şahrza Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Nahid Məmmədov, Qafqaz Müsəlmaları İdarəsinin (QMİ) əməkdaşı Ağasəid Yaqubov, bölgə qazisi, Sumqayıt şəhər cümə məscidinin axundu Hacı Rauf Sərdarov, teleaparıcı Elçin Əlibəyli və başqaları çıxışlarında şair-publisist Etibar Vəliyevin və ilahiyyatçı alim Samid Quliyevin mənəvi dünyasından, gördükləri işlərdən söz açıblar. Bildirilib ki, müəlliflərin Vətənə, torpağa bağlılığını, insanlara və insanlığa münasibəti və digər mövzulara həsr etdikləri kitabların hər biri böyük və gərgin zəhmətnin bəhrəsidir. Qeyd edək ki, kitabın elmi redaktoru AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimullah Məmmədzadə , elmi məsləhətçisi QMİ-nin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah, rəyçiləri QMİ-nin Lənkəran üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axunzadə və DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədovdur.
Ağaddin BABAYEV

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !