Cənubi Koreya Respublikasının səfiri Kim Çanq-qyu Astarada - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Cənubi Koreya Respublikasının səfiri Kim Çanq-qyu Astarada + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-qyu
cənub bölgəsinə səfəri çərçivəsində mayın 15-də Astara rayonunda olub.
AZpress.AZ xəbər verir ki, Astara Rayon İcra hakimiyyətində keçirilən
görüşdə icra başçısı Qəzənfər Ağayev rayonun tarixi, coğrafi mövqeyi, əhalinin
məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə
qonağa ətraflı məlumat verib.
Asiya-Avropa ölkələrini birləşdirən “Şimal-Cənub“ beynəlxalq nəqliyyat
dəhlizinin istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin
daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində
əməkdaşlığın faydalı olacağını vurğulayıblar. Eyni zamanda Astaranın gələcək
sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait
barədə fikir mübadiləsi aparılıb.
Səfir müstəqillik qazandığı qısa müddət ərzində Azərbaycan
Respublikasının sürətli inkişafını yüksək qiymətləndirərək, əlverişli coğrafi
mövqeyə, zəngin təbii resurlara malik ölkənin bundan sonra daha da irəli
gedəcəyinin şübhə doğurmadığını vurğulayıb. Ölkənin cənub rayonu olan Astarada
aparılan abadlıq işləri şəhərin, bütövlükdə rayonun gözəlliyini daha da artırdığını
qeyd edən diplomat turizm məkanı kimi tarixi və təbiət abidələri ilə zəngin olan
rayona subtropik və sitrus meyvə bağlarının, çay plantasiyalarının xüsusi yaraşıq
verdiyini söyləyib.
İcra başçısı Q.Ağayev müstəqilliyi möhkəm təməl üzərində qurulan
Azərbaycanın sürətli inkişafının xalq-iqtidar birliyindən qaynaqlandığını səfirin
diqqətinə çatdırıb, respublikanın və rayonun inkişaf göstəriciləri haqqında geniş
məlumat verib. Bildirib ki, ölkələr arasında qurulan mədəni-iqtisadi əlaqələrin
inkişaf etdirilməsi, xalqları bir birinə yaxınlaşdırmaqla hər iki ölkəyə və ölkə
vətəndaşlarına böyük fayda verər.
“Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-
Astara-İran sərhədi avtomobil yoluna, Astara stansiyasından İran sərhədinə qədər
olan dəmir yolu xəttinə və Astara çayı üzərində inşa edilən dəmir yolu körpüsünə
baxış keçirən Cənubi Koreya Respublikasının səfiri Xəzər dənizi sahilində salınmış
və genişləndirilməkdə olan park-bulvar kompleksi, “Astaraçay” MMC-nin çay
emalı zavodu və rayonun füsunkar təbiəti ilə tanış olub.


Ağaddin BABAYEV, Astara 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !