Lerikdə Dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lerik)

Lerikdə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lerik)

Lerikdə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonundakı Rəşid Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbində “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Cəngəmiran kənd tam orta məktəbinin direktoru Müqəddəs Feyruzov çıxışında ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. M.Feyruzov məktəblərdə keçirilən bu səpkili maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu olduğunu bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğunu vurğulayıb. A.Həsənov dini radikalizm və onun fəsadları, eləcə də Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında tədbir iştirakçılarına məlumat verərək vurğulayıb ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Cəngəmiran kənd tam orta məktəbinin müəllimi Bəhram Mirzəyev və digərləri çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, elm və təhsilə yiyələnmələri, dini radikalizmdən qorunmalarının əhəmiyyətini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, DQİDK-nin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.



Ağaddin BABAYEV, Lerik

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !