Astara dövlət sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Astara dövlət sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Mayın 10-da Astara Gömrük İdarəsində Azərbaycan və İran İslam
Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında görüş keçirilib.
AZpress.AZ xəbər verir ki, görüşdə Azərbaycan-İran Hökumətlərarası
Komissiyanın 2018-ci ilin 12-14 mart tarixlərində keçirilmiş 12-ci iclasında
Azərbaycan-İran dövlət sərhədində Culfa, Astara və Biləsuvar dövlət sərhəd
buraxılış məntəqələrinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilməsi
ilə bağlı qəbul edilmiş qərarın icrasını təmin etmək məqsədilə iki ölkə rəsimiləri
arasında müzakirələr aparılıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası
arasında möhkəm tarixi və mədəni köklər üzərində qurulmuş qarşılıqlı faydalı
əməkdaşlıq münasibətləri bütöv regionun inkişafına əhəmiyyətli töhfələr verir.
Beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrin gerçəkləşdirilməsi, hər iki
ölkənin iqtisadiyyatına qarşılıqlı sərmayələrin qoyulması, turizm potensialının
genişləndirilməsi, Azərbaycan və İran vətəndaşlarının qarşılıqlı səfərlərinin sayının
ildən-ilə artması iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə
xidmət edir.
Bildirilib ki, İranla əməkdaşlıq münasibətlərinin inkişafı məsələlərinə xüsusi
diqqət yetirən cənab Prezident İlham Əliyevin tapşırığı əsasında dövlət
sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi
əlaqələrin və əmtəə mübadilsinin daha da gücləndirilməsi, turizmin inkişafının
sürətləndirilməsi, dövlət sərhədindən hərəkət rejiminin sadələşdirilməsi mühüm
əhəmiyyət kəsb edir.
Astara sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi
Şimal-Cənub beynəlxalq dəhlizi, Strateji yol xəritəsi və turizmin inkişafı
istiqamətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində əhəmiyyətli rol
oynayacaq.
Görüş zamanı həmçinin Astara sərhəd buraxılış məntəqəsinin mayın 10-dan
etibarən 24 saatlıq iş rejiminə keçməsi ilə əlaqədar Azərbaycan Respublikası ilə
İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmilləri arasında
protokol imzalanıb.
Sənədi Azərbaycan tərəfdən sərhəd nümayəndəsi polkovnik-leytenant Azad
Abdullayev, İran tərəfdən sərhəd nümayəndəsi Nozər Muradi imzalayıblar.
Görüşdə Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri, general-mayor Elçin
İbrahimov, Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəisi,
gömrük xidməti general-mayoru Cavad Qasımov iştirak ediblər.


Ağaddin BABAYEV, Astara
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !