Səyyar Qatarı Astarada əhaliyyə tibbi xidmət göstərir - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Səyyar Qatarı” Astarada əhaliyyə tibbi xidmət göstərir + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Mayın 8-dən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin “Səyyar Qatarı” Astarada əhaliyyə tibbi xidmət göstərməyə başlayıb.
AZpress.AZ xəbər verir ki, Milli Oftalmologiya Mərkəzinin və Heydər
Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə
Azərbaycanda ilk dəfə həyata keçirilən humanitar aksiya ümummilli lider Heydər
Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.
Mayın 12-nə kimi davam edəcək tədbirin məqsədi operativ şəkildə astaralı
pasientləri müayinə-müalicə, cərrahi əməliyyat etmək, ciddi problemlərlə üzləşən
və çətin əməliyyat tələb olunan pasientlərin isə akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinə müalicəyə cəlb etməyə şərait yaratmaqdır.
“Səyyar Qatar”da yerləşən Dəmiryolu Səyyar Klinikası müasir oftalmolojı
avadanlıqlarla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və
kondisioner sistemləri) vaqondur. Səyyar Klinika üç hissədən-texniki hissə,
oftalmolojı müayinə və cərrahiyyə blokundan ibarətdir. Burada yüksək dərəcədə
steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi
avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların
aparılması üçün xüsusi aparatlar var.
Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerinden
ibarətdir. Müayinələr üçün avadanlıqlar lampa, refraktometr, tonometr, proyektor,
lensmter və digərlərinən təşkil edilib.
Səyyar Klinikada, həmçinin istirahət, qeydiyyat və sanitariya otaqları
fəaliyyət göstərir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim,
2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox
müayinə-müalicə və 30 əməliyyat edə bilər. Buradakı avadanlıqlar ABŞ,
Almaniya, Yaponiya İtaliya kimi ölkələrdən olan şirkətlərə məxsusdur.
Humanitar aksiyadan təkcə astaralılar deyil, qonşu İran İslam
Respublikasının vətəndaşları da yararlanıblar. Aksiyanın birinci günü 150, mayın
9-da isə 300 nəfərədək astaralı tibbi müayinələrdən keçib.
Əhalinin müayinə və müalicəsi üç gün( 8,9,10 may), xəstələr üzərində
cərrahiyə əməliyyatı bir gün(11 may) və əməliyyat olunmuş xəstələrə baxış bir gün
( 12 may) nəzərdə tutulub.
Mayın 9-da Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev
“Səyyar Qatar”da yaradılan şərait, vətəndaşların müayinə və müalicəsinin gedişi
ilə tanış olub.
Rayon sakinləri vətəndaşların sağlamlığına daim diqqət və qayğı göstərən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.


Ağaddin BABAYEV, Astara
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !