Azərkitab Kitab Təbliğatı Mərkəzi bir yaşını qeyd edib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Azərkitab” Kitab Təbliğatı Mərkəzi bir yaşını qeyd edib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Azərbaycanda ən böyük kitab mərkəzi olan “Azərkitab” Kitab Təbliğatı Mərkəzi bir yaşını qeyd edib. AZpress.AZ xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə icra strukturlarının nümayəndələri, millət vəkillərii, nazirlik və digər dövlət qurumlarının rəhbərləri, tanınmış yazıçılar və elm adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Azərkitab” Kitab Təbliği Mərkəzinin layihə rəhbəri Sabir Həsənov “Azərkitab”ın məhz 10 may tarixində fəaliyyətə başlamasının təsadüfi olmadığını qeyd edib. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev doğum günü ilə eyni vaxtda fəaliyyətə başlamaq həm böyük şərəf, həm də məsuliyyətdir. Kollektiv ötən bir il ərzində bu məsuliyyətin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyərək, kitabın təbliğindən ötrü bir sıra layihələri icra edib: “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözünü söyləyən Prezident İlham Əliyevin siyasətini yerinə yetirmək üçün var qüvvəmizlə çalışırıq”.
Millət vəkilləri Əflatun Amaşov, Aqil Abbas, Hadı Rəcəbli, Jalə Əliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, Yasamal Rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər natiqlər çıxışlarında “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin inkişaf etmiş ölkələr səviyyədə qurulmasından, kitaba marağın bərpasındakı önəmli rolundan danışaraq, kollektivə ən xoş arzularını çatdırıblar.
Sonda “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov çıxış edərək ölkənin tanınmış ziyalılarının onların əməyinə verdiyi müsbət qiymətə görə minnətdarlığını bildirib. M. Həsənov bundan sonra da yüksək əzmlə çalışacaqlarını, dövlətin onlara göstərdiyi etimadı doğruldacağına söz verib.
Tədbir tanınmış incəsənət ustalarının rəngarəng ifaları ilə müşayət olunub.
Qeyd edək ki, “Azərkitab”ın yubileyi münasibəti ilə təşkil olunmuş kitab festivalında ölkənin 20-yə yaxın nəşriyyatı və kitab müəssisəsi iştirak edərək yeni kitablarını oxuculara təqdim ediblər.

 


Ağaddin BABAYEV

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !