Astarada 9 May-Qələbə günü qeyd olunub - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Astarada 9 May-Qələbə günü qeyd olunub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Alman faşizmi üzərində tarixi qələbənin 73-cü ildönümü ilə əlaqədar Astarada
tədbir keçirilib. AZ.press.AZ xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin başçısı
Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin
nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gələrək, Sovet İttifaqı
Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli
Qəhrəmanı Yalçın Nəsirovun, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən
Nəhmətovun büstləri qarşısına əklil və gül dəstələri qoyublar.
Ziyarət başa çatdıqdan sonra müharibə veteranları və arxa cəbhə iştirakçıları
onlar üçün hazırlanmış şirniyyat stolu ətrafında rayon rəhbərləri ilə söhbət ediblər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev faşizm üzərində qələbənin
çatdırıb. Bildirib ki, bəşəriyyətə böyük fəlakətlər gətirən bu müharibədə minlərlə
azərbaycanlı da iştirak edib, bir qismi həlak olub, digərləri isə qələbədən sonra Vətənə
qayıdaraq sonrakı quruculuq illərində sıramızda olublar. Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və
qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar
konkret tədbirlər görüldüyünü qeyd edən İcra başçısı Heydər Əliyevin siyasətini
layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları
ilə hər il Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırıldığını,
onları problemlərinin daim diqqətdə saxlanıldığını vurğulayıb.
  Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Ağsaqqallar Şurasının sədri
Hamlet Əliyev, əmək veteranı Paşa Əkbərov çıxış edərək müharibə iştirakçılarına
göstərilən diqqət və qayğıya görə bütün veteranlar adından Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Ağaddin BABAYEV, Astara 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !