Dini-tarixi abidələrimiz mədəni sərvətimizdir - - Tədbir + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Dini-tarixi abidələrimiz mədəni sərvətimizdir”- Tədbir + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə təmsilçiliyinin birgə təşkilatçılığı ilə şəhər Mərkəzi Kitabxanasında “Dini-tarixi abidələrimiz mədəni sərvətimizdir” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə təmsilçiliyinin məsul əməkdaşı Şəlalə Əkbərova, dini icma sədrləri, din xadimləri və abidə mühafizəçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında xalqımızın zəngin tarixi keçmişə malik olduğunu bildirib. E.Həmidli ölkəmizdə dövlət tərəfindən dini-tarixi abidələrin qorunduğunu, hərtərəfli qayğı göstərildiyini, məscidlərin təmiri, bərpası və yenidən qurulması işlərinin geniş vüsət aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə təmsilçiliyinin məsul əməkdaşı Şəlalə Əkbərova çıxışında dini-tarixi abidələrimizin tarixiliyinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Ş.Əkbərova həmçinin abidələrin qorunması və bərpası ilə bağlı lazimi tövsiyələrini verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !