Bakı Musiqi Akademiyasında görüş keçirilib - (+FOTOLAR)

Bakı Musiqi Akademiyasında görüş keçirilib (+FOTOLAR)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şərq musiqisi və Multikultural dəyərlər” mövzusunda yaradıcı və interaktiv görüş

 


Bakı Musiqi Akademiyasında çoxdandır gözlənilən gün gəldi çatdı. Aprel ayının 30 – da ölkələr arası multikultural dəyərlərin inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbir keçirildi. Layihənin əsas təşkilatçısı və rəhbəri Bakı Musiqi Akademiyasının professoru, MDB Parlamentlər arası Şurası Assosiasiyası tərəfindən “Mədəniyyət və İncəsənətin inkişafındakı xidmətlərinə görə”nişanı ilə təltif edilmiş Mina Hacıyeva tədbiri açıq elan etdikdən sonra,Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva qonaqları salamlayaraq, ölkələrarası mədəni əlaqələrdən danışdıqdan sonra,Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Sanjay Rana çıxış etdi. Hindistanın qədim musiqi mədəniyyəti, hind raqaları, qədim musiqi alətləri haqqında geniş məlumat verən cənab Sanjay öz təqdimatında qədim köklərə malik hind musiqi mədəniyyətini göz önündə canlandırdı.Cənab səfirin BMA – na bağışladığı musiqi alətləri “saranqi”, “santur”, “sarod” və üç cildi olan Hind musiqisi haqqında olan Oksford ensiklopediyası tədbir iştirakçılarının böyük marağına və sevincinə səbəb oldu. BMA-nın dəyərli müəllimlərindən olan Mina xanım təşəkkür əlaməti olaraq cənab Sanjay Rana özünün müəllifi olduğu və 3 dildə ışıq üzü görən “Üzeyir Hacıbəyli musiqi təfəkkürü fəlsəfi mədəniyyəti”, “Qara Qarayevin təfəkkürün fəlsəfəsi”, “ Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası” və yeni nəşrdən çıxmış “Azərbaycan muğam fəlsəfəsi” adlı 4 kitabını; dəyərli musiqilər olan disklər hədiyyə olundu.
Daha sonra növbə təbii ki,musiqiyə verildi.Hind əsilli rəqqasə, 25 il peşakar hind rəqsləri ilə məşğul olmuş, 2 ildi isə Azərbaycanda yaşayan xanım Nişa Gövindan hind dini musiqisi ilə əlaqəli olan rəqsini tədbir iştirakçılarına təqdim etdi. Bakı Beynəlxalq Multikltiralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun öz çıxışında multikulturalizm Azərbaycan Respublikası dövlər siyasəti kimi işıqlandırdı, sonra isə BMA magistr I kurs tələbəsi Əlizadə Könül Hindistanın musiqi mədəniyyəti ,alətləri haqqında maraqlı məruzə ilə çıxış edərək hazırladığı slaydlarla tədbir iştirakçıları üçün hind musiqisini əyani göz önündə canlandırdı. Məşhur rəqqasə Solmaz Artinin solo rəqsindən sonra,onun rəhbərliyi və verdiyi quruluş əsasında BMA- nın magistr I kurs tələbələrinin ifasında rəqs nümayiş olundu.Tədbir iştirakçıları belə görüşlərin davamlı olması arzu ediblər.

 

Əliyeva Camalə (BMA)

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !