Future stars-2018 müsabiqəsinin laureatlarının təltifetmə mərasimi keçirilib - (+FOTOLAR)

“Future stars-2018” müsabiqəsinin laureatlarının təltifetmə mərasimi keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Tbilisi şəhərində “ Future stars-2018” Beynəlxalq müsabiqəsinin laureatlarının təltifetmə mərasimi keçirilmişdir. Müsabiqədə Rusiya, Latviya, Gürcüstanın müxtəlif bölgələrindən 1500 - ə yaxın ifaçı iştirak edirdi. Müsabiqənin nəticələrinə görə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan F. Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin II sinif şagirdi Cəfərzadə Turan (m.G.Zairova) “Balaca virtuoz” nominasiyasının laureatı və “Gümüş not” mükafatına layiq görülmüşdür. Eləcə də məktəbin direktoru professor Adilə Yusifova və müəllim Gülmira Zairova da sertifikatla təltif edilmişlər. Laureatların təltifetmə mərasimindən sonra sənətşunaslıq doktoru, professor Rimma Buçukuri balaca virtuoz haqqında xoş sözlərini bölüşmüşdür:
“ Mənim üçün Bakıdan gəlmiş F. Əmirov adına 6 nömrəli İncəsənət Məktəbinin şagirdi, təbiətən istedadlı Turan Cəfərzadənin ifası əsl kəşf oldu. Onun səhnəyə çıxışı, F. Əmirovun pyesi və K. Tsabadzenin mini - konsertinin ifası məni valeh etdi. Turanın yaxşı eşitmə qabiliyyəti var. O ifaçılıq aparatı və musiqi ifadəsi arasındakı koordinasiyanı dəqiq hiss edir. Turanın cəmi 8 yaşı var, lakin o bu çətin marafonu uğurla keçə bildi. Mən, Turan Cəfərzadəyə gələcəkdə yeni – yeni nailiyyətlər arzu edirəm”.


Musiqişünas
Aytən Manafova.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !