Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir - - Tədbir + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” - Tədbir + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Gəgiran kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” mövzusunda tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilb.
Daha sonra Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov çıxış edərək keçirilən tədbirin mövzusu haqqında məlumat verərməklə, Xalq Cümhuriyyəti dövründə görülən işlərdən danışıb. Z.Cavadov 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra isə bütün sahələrdə mütərəqqi nailiyyətlərin əldə olunduğunu bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli “Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” mövzusunda çıxış edərək Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə və Azərbaycan Respublikasında həyata keçirilən dövlət-din münasibətləri haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda tolerant, multikultural mühit, həmrəylik və vəhdət hökm sürür.
Lənkəran ŞTŞ-nin əməkdaşları Ramin Hüccətov və Cəmil Axundzadə çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu qeyd ediblər. Natiqlər, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən, bu gün isə onun layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə mühüm uğurların qazanıldığını vurğulayıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümyiş etdirilib və şagirdlərin ifasında şeirlər səsləndirilib.


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !