Röya anşlaq konsertinə Doldur ürəyimi lə gəldi - (+FOTOLAR)

Röya anşlaq konsertinə “Doldur ürəyimi”lə gəldi (+FOTOLAR)

Əməkdar artist Röya Ayxanın Bakı Konqres Mərkəzində konserti baş tutub.

 

 

AZpress.AZ xəbər verir ki, təxminən 3 saat davam edən "Doldur ürəyimi" adlı konsert proqramı zamanı ifaçı fərqli performans nümayiş etdirildi və sevilən hitlər səsləndirildi. Röyanı səhnədə “Rast” qrupu müşayiət edib. İfaçı onu dinləməyə gələnlər üçün ard-arda “Səndən başqa”, “Bilərsənmi”, “Son sözüm”, “Dəli küləyim”, “Kül olsun hisslər”, “Sən və mən”, “Yolun açık olsun”, “Sənə ehtiyacım var”, “Toxun mənə”, “Bu gecə”, “Bu gecə”, “Ağla”, “Bir iki kəlmə”, “Düşürsən tez-tez yada”, “Sənin deyiləm”, “Yar gələrsən”, “Etibarım yox” mahnılarını ifa edib.

 

Səsləndirdiyi hər mahnısından sonra tamaşaçıları ilə ünsiyyət quran əməkdar artist yanında olan hər kəsə təşəkkürünü bildirib.

 

Konsertdən sonra media nümayəndələri ilə görüşən Röya sualları cavablandırıb və təəssüratlarını bölüşüb:

 

"Bu məkanda ilk dəfədir konsert verirəm. Heç ağlımda tutmamışdım burada konsert verəcəm. Dekabrda tamam başqa konsert olacaq. Bundan əvvəlki konsertimdə media ilə anlaşılmazlıq oldu. Mən də tərs adamam. Bu dəfə media ilə də görüşdük. Bir çox şeylərə aydınlıq gətirib, qalmaqallara son qoyacam. Mən bu cür adam deyiləm. Mayın 15-də mətbuat konfransı edəcəm, sualları cavablandıracam. Hər zaman konsertdən əvvəl qalmaqal olur. İstəyirəm bu konsert tarixə düşsün. Şoular silinir, ifa qalır. Ona görə də bu dəfə ancaq ifaya yer verdim. Hər zaman şou göstərdim. Bu şou isə pul aparır. Mən isə hər dəfə daha bahalı etməliyəm".

 

Röya konsertində səhnəyə yalnız bir geyimlə çıxıb. Sənətçi saç düzümündə də dəyişiklik edib. O, saçlarını daha qısa kəsdirib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !