Lənkəranda kitab bayramı keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəranda kitab bayramı keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, mayın 5-də Lənkəranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 11-ci ənənəvi kitab bayramı keçirilib. Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılıgı ilə mərkəzi şəhər kitabxanasının qarşısında düzənlənən tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, tələbə və məktəblilər, fəal oxucular iştirak ediblər.
Kitab bayramını giriş sözü ilə Mərkəzi şəhər kitabxabasının direktoru Nuranə Nəsirova açaraq belə tədbirlərin artıq ənənəvi xarakter aldığını və kitabın təbliğində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, şəhər Mədəniyyət Mərkəzinin direktoru, yazıçı-publisist Hafiz Mirzə, mədəniyyət işçisi Cəfər Fətullayev, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, jurnalist Əlisəfa Həsənov, həkim Şakir Qasımov və digərləri ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafı üçün gördüyü işlərdən söz açıblar. Bildirilib ki, Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub. Natiqlər ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafından, bu sahəyə göstərilən dövlət qayğısından danışmaqla, müasir texnologiyaların və informasiyanın geniş yayılmasına baxmayaraq, bu gün kitaba böyük marağın olduğunu vurğulayıblar.
Sonra bayram iştirakçıları sərgidə nümayiş etdirilən kitablarla tanış olublar. Burada öz şərəfli, mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına həsr edən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı xeyli sayda kitab və jurnal, bədii ədəbiyyat nümunələri, yerli yazıçı və şairlərin əsərləri, eləcə də elektron kitablar və yeni nəşrlər nümayiş etdirilib.
Tədbirdə yerli müsiqi ustalarının və uşaq folklor kollektivlərinin ifasında şeirlər, mahnılar və rəqslər ifa olunub.

Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !