Lənkəranın İstisu qəsəbəsində Çay bayramı keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəranın İstisu qəsəbəsində “Çay bayramı” keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, Mayın 5-də Lənkəran rayonunun İstisu qəsəbəində “Yaşıl çay” FT MMC-yə məxsus çay plantasiyasında “Çay bayramı” keçirilib. Təsərrüfatın çay plantasiyasında keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Icra başçısının müavinləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə rayonun çayçılıq təsərrüfatlarında istehsal edilən çay nümunələri ilə tanış olub, çay süfrəsi arxasında ətirli Lənkəran çayından dadıblar.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirib ki, ötən yüzilliyin 70-80-ci illərində rayonda yaşıl çay yarpağı istehsalı 16 min tondan çox olub. Rayonun fabriklərində emal olunan “Azərbaycan buketi” və “Ekstra” çayları SSRİ-nin hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Bu gəlirli sahədə durğunluq illərindəki enişdən sonra Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra qəbul edilən çayçılığın inkişafına dair birinci Dövlət Proqramı ilə bu sahə yenidən canlanıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin strateji sahə elan etdiyi aqrar sahədə, o cümlədən çayçılıqda da ciddi irəliləyişlər əldə edilib. 2017-ci ilin sentyabrında Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı keçirilən regional müşavirədə cənab Prezidentin səsləndirdiyi fikirlər və cari ilin fevral ayında qəbul edilən çayçılığın inkişafına dair ikinci Dövlət Proqramı ölkə rəhbərliyinin bu rentabelli sahəyə önəm verdiyini bir daha təsdiq etmiş oldu. İcra başçısı bu günkü tədbirin keçirildiyi “Yaşıl çay” fermer təsərrüfatının da dövlətimizin bu sahəyə qayğısı nəticəsində yarandığını diqqətə çatdırıb. Daha sonra Taleh Qaraşov “Çay bayramı” münasibətilə bütün çaybecərənləri təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
“Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yağubov tədbir iştirakçılarını salamlayaraq belə bir bayramın ona məxsus təsərrüfatda keçirilməsiylə qürur duyduğunu, ötən il cənab Prezident İlham Əliyevin burada çaybecərənlərlə görüşdüyünü, istər respublika, istərsə də rayon rəhbərliyinin qayğısını daim hiss etdiyini diqqətə çatdırıb. A.Yağubov təsərrüfatın öhdəsində 70 hektara yaxın çay sahəsinin olduğunu, bunun 42 hektarında məhsul yığıldığını qeyd edib. Onun sözlərinə görə, tədarük olunan məhsul müəssisənin nəzdində yaradılmış mini çay sexində emal edilir. Ümumilikdə isə “Yaşıl çay” fermer təsərrüfatında 16 növdə yüksək keyfiyyətli çay istehsal edilir.
Daha sonra əmək veteranı Ağəli Quliyev, çaybecərən Ceyhunə Kişiyeva və “Astaraçay MMC”-nin işçisi Rövşən Əliyev çıxış edərək ölkəmizdə çayçılığın inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs etməklə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, o cümlədən onların gündəlik qayğıları ilə mütəmadi maraqlanan, köməyini əsirgəməyən Lənkəran ŞİH-in başçısı Taleh Qaraşova çaybecərənlər adından dərin təşəkkürlərinü çatdırıblar.
“Çay bayramı”nda Lənkəranın tanınmış incəsənət ustalarının, o cümlədən “Nənələr” folklor kollektivinin ifa etdikləri musiqi nömrələri bayrama xüsusi rövnəq verib.
“Çay bayramı” ilə rayonda cari mövsümdə ilk çay yığımına start verilib.


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !