Əbədiyaşar şəxsiyyət adlı tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Mayın 4-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxışında Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. K.Səmədova Heydər Əliyevin zəngin və tarixi irsini öyrənmək və ondan Azərbaycanın daha da güclənməsi naminə istifadə etməyin hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu bildirib. Natiq Ümummilli Lider Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazandığını vurğulayıb.
Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, “Astara” rayon qəzetinin redaktoru Fəridə Ağazadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Elza Kazımova çıxışlarında Ulu Öndərin müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu olduğunu qeyd ediblər. Natiqlər Heydər Əliyevin əsasını qoyduğu strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunduğunu, bütün sahələrdə böyük uğurlar əldə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.


Ağaddin BABAYEV, Astara

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !