Hindistanın səfiri Lənkəranda olub - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Hindistanın səfiri Lənkəranda olub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Mayın 4-də Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Hindistan hökumətinin dəstəyi ilə Kalinqa Avtomobil İdman Klubu tərəfindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun tanıdılması məqsədilə Hindistandan Rusiyaya və geriyə “Hindistan-Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə avtomobil yürüşü” iştirakçılarının qarşılanıb Bakı şəhərinə yola salınması mərasimində iştirak etmək üçün Lənkəran şəhərinə gəlib.
AZpress.AZ xəbər verir ki, səfər çərçivəsində səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı qonağa rayonun sosial-iqtisadi və mədəni həyatı ilə bağlı məlumat verən İcra başçısı rayonun ərazisindən keçən və Lənkəran şəhərinin də gələcək inkişafı üçün mühüm əhəmiyyəti olacaq şimal-cənub nəqliyyat dəhlisinin tanıdılmasına göstərdiyi təşkilati dəstəyə görə qonağa təşəkkürünü bildirib.
Səmimi qəbula görə İcra başçısına minnətdarlığını çatdıran səfir Hindistan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin gündən-günə gücləndiyini, Lənkərana səfərlərinin davamlı olacağına əminliyini ifadə edib.
Axşam saatlarında səfir Sanjay Rana Xəzər dənizi sahilində yerləşən “Xəzər Palace” İstirahət Mərkəzində rayonun bir qrup ziyalısı ilə görüşüb.


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !