Haqq tələb edənlər həbs edildi - - Yeni peyda olan REKETLƏR

Haqq tələb edənlər həbs edildi - Yeni peyda olan REKETLƏR

Hədə-qorxu ilə şirkət rəhbərindən pul tələb edən şəxslər yaxalanıblar

 

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin məhsulları barədə həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacaqları və həmin biznes strukturlarını ictimaiyyət arasında nüfuzdan salacaqları adı altında hədələyərək onlardan qanunsuz pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məhşur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib. Həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50 min ABŞ dolları məbləğində pul tələb ediblər.

 

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər - Bakı şəhər sakinləri Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10 min ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.

 

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat tədbirləri davam etdirilir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !