Tanınmış şairin yeni kitabının təqdimat mərasimi keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Tanınmış şairin yeni kitabının təqdimat mərasimi keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Tibb Kollecində Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavadın "Ömrün eşq yolu" kitabının təqdimatı və eyni zamanda müəlliflə görüş keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan kollecin direktoru, tibb üzrə fəlsəfə doktoru İqbal Əmənullayev Ağamir Cavadın yaradıcılığı, onun Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Daha sonra kitabın redaktoru, yazıçı-publisist Hacı Etibar Əhədov, şairlərdən Etibar Vəliyev, Xatirə Xatun, yazıçı Eldar Tahirov, jurnalist İlqar Ağayev, tədqiqatçı-tarixçi İldırım Şükürzadə və digərləri çıxış edərək kitab haqqında fikirlərini dilə gətiriblər. Bildirilib ki, Ağamir Cavadın imzası şeirsevərlərə “Çəkdiyim şəkillərin ruhu” (2002), “Eşq işığı” (2007), “İşıq adam” (2009), “Yanmış budaq üstə oxuyan bülbül” (2013) şeirlər kitablarından, müxtəlif almanaxlardan, saysız-hesabsız qəzet və jurnal səhifələrindən, ədəbiyyat portallarından yaxşı tanışdır. Əlli beş il öncə LənkəranınViravul kəndində dünyaya göz açan şair 1980-ci ildən bədii yaradıcılıqla məşğul olur. Lənkəran Dövlət Universitetində ali təhsil alan A.Cavad 1990-cı ildə Yaradıcı Gənclər Fesyivalında iştirak edib. Onun “Füzuli” pyesi 1995-ci ildə Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Müəllifin yeni şeirlər kitabında ana Vətənə, saf sevgiyə, təbiətə, doğma yurda həsr olunmuş şeirlər və poemalar yer alıb.
Tədbirdə Ağamir Cavad çıxış edərək yaradıcılıq planlarından söz açıb və eyni zamanda tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonda kollecin tələbələinin ifasında Ağamir Cavadın şeirləri səsləndirilib, tanınmış xanəndə İmanverdi Ağayev onun sözlərinə yazılmış mahnıları ifa edib.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !