Heydər Əliyev və Azərbaycan gəncliyi adlı tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev. Lənkəran)

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev. Lənkəran)

Mayın 3-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə şəhər R.Məmmədov adına 5 saylı şəhər tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan 5 saylı şəhər tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfər Fətullayev çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol, çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. C.Fətullayev keçirilən tədbirin gənclərin mənəvi-psixoloji hazırlığı və ictimai dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Ulu Öndər Heydər Əliyevin hər zaman xalqına ləyaqətlə xidmət etiyini, onun fəaliyyətinin öyrənilməsinin hər bir vətəndaş üçün mənəvi borc olduğunu qeyd edib. E.Həmidli Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra milli-mənəvi və dini dəyərlərə qayıdışın baş verdiyini bildirib. E.Həmidli ölkəmizdə dövlət-din münasibətlərinin Ulu Öndər tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Lənkəran ŞTŞ-nin əməkdaşı Ramin Hüccətov çıxışında ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Onun sözlərinə görə, bu siyasətin həyata keçirilməsi sayəsində ölkədə yüksək təhsil almış, vətəninə, dövlətinə sadiq, milli mənafeyi hər şeydən üstün tutan gənclər ordusu formalaıb. R.Hüccətov həmçinin Heydər Əliyevin təhsilin inkişafı naminə gördüyü işlər haqqında tədbir iştirakçılarına müfəssəl məlumat verib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.

 

Ağaddin BABAYEV, Lənkəran

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !