Anası evindən oğurluq edən şəxs...
Bu xəbəri paylaş
Anasının evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı şəhər sakini M.Şirinova mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə ərizə ilə müraciət edərək bir gün əvvəl mənzilindən 12 min manat məbləğində pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.
İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)