BAKIDAKI TRAMP TOWER KİMİ TANINAN MƏŞHUR BİNA YANIR - (+VIDEO)

BAKIDAKI “TRAMP TOWER” KİMİ TANINAN MƏŞHUR BİNA YANIR (+VIDEO)

Bakıda əvvəllər "Tramp Tower” kimi tanınan binada tüstülənmə başlayıb.
APA-nın məlumatına görə, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində və yaxud başqa səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. 

 

                                                                                 ***

 

SON DƏQİQƏ – “Trump Tower Baku” yanır

 

Donald Trampın Bakıda yerləşən binasında yanğın hadisəsi baş verib.

 

Minval.İnfo xəbər verir ki, bu barədə oxucular redaksiyaya video göndəriblər. Görüntülərdən aydın olduğu kimi, “Tramp tower” adlı binanın dam hissəsində tüstülənmə yaranıb.

 

Hazırda yanğın şiddətli şəkildə davam edir və baş vermə səbəbi barəsində məlumat yoxdur. FHN yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb ediliblər.

 

Qeyd edək ki, bu binada daha əvvəllər də yanğın hadisəsi baş vermişdi.

 

12:36

Yanğın getdikcə şiddətlənir.

 

                                                                                   ***

 

Bakıda göydələndə yanğın davam edir

 

Bakının Heydər Əliyev prospektində yerləşən göydələndə yanğın baş verib.

 

Axar.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkələrə video yükləyib.

 

APA-nın yaydığı məlumata görə, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

 

Yanğın baş verən əraziyə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

***

 

Yanğın baş verən əraziyə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.

 

***

 

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

 

***

 

Baş verən yanğın lokallaşdırılıb. Məlumata görə, yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.

 

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !