Binə Ticarət Mərkəzində aksiya...
Bu xəbəri paylaş
Binə Ticarət Mərkəzində aksiya – Baş ofisin qarşısına toplaşdılar… – Səbəb
Binə Ticarət Mərkəzindəki mövcud vəziyyətdən narazılıq yaranıb.
Bu barədə adının açıqlanmasını istəməyən tacirlərdən biri Minval.info-ya məlumat verib.
Narazılığa səbəb isə ticarət mərkəzində icarə haqlarının qaldırılmasıdır.
Belə ki, buna etiraz olaraq bazarın 10-cu sırasında yerləşən mağazalardan bir neçəsi qapılarını bağlayıb. Bununla yanaşı, onlar ticarət mərkəzinin baş ofisinə üz tutaraq rəhbərliyə narazılığını bildirib.
Aksiyaçılar tələb edilən icarə haqqının aşağı salınmasını istəyirlər.
Qeyd edək ki, yalnız ticarət mərkəzinin 10-cu sırasında yerləşən mağazaların icarədarları mövcud vəziyyətə görə aksiya keçirib.
S.Mirzə / Minval.info
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)